Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Azərbaycan Prezidenti Konstitusiya Məhkəməsinə sorğu göndərdi

113
(Yenilənib 18:51 02.12.2019)
Milli Məclisin Qərarı üzrə yekun Qərar qəbul etməzdən əvvəl, hazırkı şərtlərdə Milli Məclisin buraxılmasının AR Konstitusiyasının 981-ci maddəsinə uyğun olub-olmayacağı barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zərurəti yaranıb

BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, sorğuda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi deputatların səs çoxluğu ilə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul etmişdir. Qeyd edilən Qərar ilə Azərbaycan Respublikasının Prezidentindən Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Qərarda bildirilir ki, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşmış və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olmuşdur. Bu baxımdan da, Qərara əsasən Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Milli Məclisin Qərarı üzrə yekun Qərar qəbul etməzdən əvvəl, hazırkı şərtlərdə Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun olub-olmayacağı barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zərurəti yaranmışdır.

Qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini rəhbər tutaraq, xahiş edirəm ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul edəsiniz”.

113
Mövzu:
Növbədənkənar parlament seçkiləri (99)
Ceyhun Bayramov, arxiv şəkli

Bayramov Rinkeviç Qarabağı müzakirə etdilər

16
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

BAKI, 4 dekabr — Sputnik. Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

16
Teqlər:
XİN, Qarabağ
Azərbaycan XİN-nin binası, arxiv şəkli

Azərbaycan Fransaya nota verdi

60
(Yenilənib 18:00 04.12.2020)
Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

BAKI, 4 dekabr - Sputnik. Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Sputnik Azərbaycan-a XİN-dən məlumat verilib.

Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

60
Teqlər:
səfir, nota, XİN, Fransa
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0