Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov

Siyavuş Novruzov parlament seçkilərinin vaxtından danışdı

392
(Yenilənib 16:52 28.11.2019)
Millət vəkili bildirib ki, yeni parlament seçkilərinin vaxtının təyin edilməsi prezidentin səlahiyyətindədir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 noyabr – Sputnik. Azərbaycanda yeni parlamentin səlahiyyətləri qüvvəyə mindikdən sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O vurğulayıb ki, bu barədə Azərbaycan Konstitusiyasında qeyd edilib.

Siyavuş Novruzov həmçinin bildirib ki, növbəti parlament seçkilərinin vaxtını Azərbaycan Prezidenti müəyyən edir.

392
Gəncədə vəziyyət

Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq

6
(Yenilənib 23:15 21.10.2020)
Ayhan Ulu (Pau) “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib

BAKI, 21 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau)  da “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Qeyd edək ki, Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O,  “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.

6
Teqlər:
dəstək, konsert, müğənni, məşhurlar, Türkiyə, ölənlər və yaralılar, erməni təxribatı, raket zərbələri, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Azərbaycan bayrağı, arxiv şəkli

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

17
Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər

BAKI, 21 oktyabr — Sputnik. Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Macarıstan Milli Assambleyasının Sədri Laslo Köver, Macarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Atilla Tilki Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını pisləyib, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana öz dəstəyini ifadə ediblər.

Həmçinin Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand öz müraciətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktı əsasında həllinə tərəfdar olduğunu bildirib.

Özbəkistan Ali Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Alişer Kadırovun məktubunda da Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, orada yaşayan dinc əhalini artilleriya və raket atəşinə tutması, mülki obyektlərin hədəfə alınması şiddətlə qınanılır, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum tədbirləri təqdir edilir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək ifadə olunur.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik!
Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri