Rusiya xarici işlər naziri Sergey Lavrov

Lavrov Bakıya gəlir

30
(Yenilənib 14:33 28.11.2019)
Səfər zamanı Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq

BAKI, 28 noyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov dekabrın 2-3-də Azərbaycana səfər edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinq zamanı bildirib.

O, qeyd edib ki, səfər zamanı Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq.

O, qeyd edib ki, siyasi, iqtisadi, humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı dialoq davam etdiriləcək. Zaxarova əlavə edib ki, iki ölkənin xarici işlər nazirlikləri arasında 2020-ci il üçün məsləhətləşmələr planı ilə bağlı sənəd imzalanacaq.

30