Türkiyədə ötən il baş verən çevriliş gecəsinə həsr olunan konfrans

ATƏT-in fəaliyyəti qanedici deyil - Türkiyə səfiri

352
(Yenilənib 15:02 28.11.2019)
Erkan Özoral: "ATƏT-in bugünkü fəaliyyətini qanedici saymırıq, lakin münaqişənin həlli üçün bu gün ən önəmli mexanizm Minsk qrupudur. Ona görə də biz bunu dəstəkləyirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 noyabr – Sputnik. “Biz Türkiyə olaraq ATƏT-in çalışmalarına böyük önəm veririk və buna aktiv şəkildə qatılırıq. Avropanın, dünyanın təhkükəsizliyi üçün ATƏT-in böyük rolu var”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Özoral bildirib ki, ATƏT-in həll etməli olduğu məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir: "Türkiyə Minsk qrupunun üzvüdür və biz münaqişənin tezliklə həlli üçün səylər göstərilməsini istəyirik. Amma təəssüf ki, uzun müddət keçməsinə baxmayaraq problemin həlli hələ mümkün olmayıb. Biz Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq normalar və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirik. ATƏT-in bugünkü fəaliyyətini qanedici saymırıq, lakin münaqişənin həlli üçün bu gün ən önəmli mexanizm Minsk qrupudur. Ona görə də biz bunu dəstəkləyirik. Və Minsk qrupu həmsədrlərinin tez bir zamanda münaqişənin həlli yolunu tapacağına ümid edirik". 

352