Milli Məclis

Sabah yeni Ombudsman seçiləcək

35
(Yenilənib 11:22 28.11.2019)
İclasda ümumilikdə 22 məsələyə baxılacaq. "Tibbi sığorta haqqında" qanuna dəyişiklik də ikinci oxunuşda müzakirəyə çıxarılacaq

BAKI, 28 noyabr — Sputnik. Sabah Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi məsələsinə baxılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ iclasın gündəliyinə daxil edilib.

İclasda ümumilikdə 22 məsələyə baxılacaq. "Tibbi sığorta haqqında" qanuna dəyişiklik də ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Həmçinin büdcə zərfinə daxil olan sənədlərə üçüncü oxunuşda baxılacaq.

Qeyd edək ki, noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında" məsələyə baxılıb. İnsan hüquqları komitəsinin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 namizəd təqdim edilib: Əliyeva Səbinə, Əliyeva Kəmalə və Abıyeva Kəmalə. Hər üç namizəd ixtisasca hüquqşünasdır, məhkəmə sistemində çalışır, siyasi baxımdan bitərəfdir.

Azərbaycan Prezidentinin etimadına layiq görülmüş namizədlərin ombudsman seçilməsi məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

35