Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Matviyenko Azərbaycana təşəkkür etdi

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПредседатель Совета Федерации РФ Валентина Матвиенко
Председатель Совета Федерации РФ Валентина Матвиенко - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu il Azərbaycan Respublikasında Rusiya Mədəniyyət Günlərinin açılış mərasimində iştirak etdiyim üçün şərəf və məmnuniyyət hissi duydum"

BAKI, 23 noyabr — Sputnik. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko rusiyalılar üçün millətlərarası ünsiyyət vasitəsi olan rus dilinə göstərilən münasibətə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. 

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə senator şənbə günü keçirilən X Rusiya-Azərbaycan Regionlararası forumda bildirilib. 

"Rusiya-Azərbaycan əməkdaşlığında əsas rolu humanitar əlaqələr oynayır. Bu baxımdan Bakı Slavyan Universiteti doğrudan da unikal maarifçi, elmi və mədəni mərkəzdir. Onun divarları arasında rus dilinin öyrənilməsi, slavyan xalqlarının ənənələrinin və mənəvi dəyərlərinin qorunması istiqamətində böyük işlər görülür", - Matviyenko deyib.

Həmçinin, onun sözlərinə görə, Azərbaycanda Rusiyanın aparıcı ali təhsil məktəblərinin - Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Akademiyasının - filialları fəaliyyət göstərir.

"Biz hər zaman bizim üçün millətlərarası ünsiyyət vasitəsi olan rus dilinə olan belə diqqətli münasibəti qiymətləndirir və Azərbaycan rəəhbərliyinə təşəkkürümüzü bildiririk", - spiker vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görüş zamanı - Sputnik Azərbaycan
RUSİYA
Vladimir Putin və Mehriban Əliyeva Moskvada görüş keçiriblər – FOTO

Turizmin inkişafında müsbət dinamikani məmnuniuyyətlə qeyd edən Matviyenko deyib: "Keçən il rusiyalı turistlərin sayı 900 min nəfər olub. Onların sayının ilbəil artması üçün bundan sonra da səy göstərmək lazımdır".

"Ölkələr arasında daim mədəni dialoq aparılır, müntəzəm olaraq sərgilər, teatr qastrolları, konsertlər, musiqi və film festivalları keçirilir", - spiker əlavə edib.

"Artıq 25 ildir ki, Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı qarşılıqlı Mədəniyyət Günləri layihəsi gerçəkləşdirilir. Və bu il Azərbaycan Respublikasında Rusiya Mədəniyyət Günlərinin açılış mərasimində iştirak etdiyim üçün şərəf və məmnuniyyət hissi duydum", - Matviyenko deyib.

Bu gün Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində (XTNS) "Azərbaycan" pavilyonunun açılışında V.Matviyenko qeyd edib ki, bu mərasim Rusiyada 2020-ci ildə keçiriləcək Azərbaycanın Mədəniyyət günləri ərəfəsində baş tutub.

Xəbər lenti
0