Moskva, arxiv şəkli

Moskvada Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir

19
(Yenilənib 11:14 22.11.2019)
Forum Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilir

BAKI, 22 noyabr — Sputnik. Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu başlayıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, iki ölkənin regionlarının işgüzar münasibətlərinin inkişafına həsr olunan forum 2 gün davam edəcək.

Forum Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Forumun açılış mərasiminə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov qatılacaqlar.

Forumun proqramına Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuralarının geniş tərkibli iclasının, eləcə də iki ölkənin regionları arasında nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı dörd dəyirmi masanın keçirilməsi daxildir.

Forumun plenar iclası noyabrın 23-də VDNX-da (Xalq Təsərrüfatları Nailiyyətləri Sərgi Mərkəzi) yerləşən Kosmonavtika və Aviasiya Mərkəzində baş tutacaq.

19