Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Prezident Təhsil nazirinə yeni səlahiyyət verdi

23
(Yenilənib 19:31 01.11.2019)
“Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının təhsil nazirinə verilir

BAKI, 1 noyabr — Sputnik. Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Fərmana əsasən müəyyən edilir ki, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində hər iki halda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunla təsdiq edilmiş “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 3.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunla təsdiq edilmiş “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində hər iki halda “orqan (qurum)” dedikdə və həmin Qanunla təsdiq edilmiş “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 3.1-ci maddəsində “orqan (qurum)” dedikdə Bakı Dövlət Universiteti nəzərdə tutulur.

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının təhsil nazirinə verilir.

23