İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

8
(Yenilənib 17:10 30.10.2019)
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparılıb

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparıldı.

8
Azərbaycan XİN-nin binası, arxiv şəkli

Rəsmi Bakı: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

27
Ermənistanın 27 sentyabr 2020-ci ildən bəri Azərbaycana qarşı əl atdığı yeni təcavüzü beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunur.

BAKI, 22 oktyabr — Sputnik. Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş nazirinin "münaqişənin diplomatik həlli olmadığını" vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini "sülhsevər" kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədəAzərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı açıqlamada qeyd olunub.

"Məhz Ermənistanın Azərbaycana qarşı müharibə başlatdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir hərbi işğal altında saxladığını və öz doğma yurdlarından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik.

Ermənistanın 27 sentyabr 2020-ci ildən bəri Azərbaycana qarşı əl atdığı yeni təcavüzü beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunur.

Müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil, həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc Azərbaycan əhalisini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyildir.

Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır; Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danışıqlar yolu ilə həllinə başlamalıdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar", - məlumatda vurğulanıb.

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Politoloq İlqar Vəlizadə

Politoloq: “Vaşinqton görüşü Minsk qrupunun sonrakı fəaliyyətinə təsir edə bilər”

38
(Yenilənib 10:22 22.10.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli üçün təsirli rola malikdir
İlqar Vəlizadə: “ABŞ öz rolunda düzəlişlər etmək niyyətindədir”

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ münaqişənin gərgin mərhələsində öz rolunu dəqiqləşdirmək və düzəlişlər etmək niyyətindədir:

“Mayk Pompeo Ceyhun Bayramovla cari vəziyyəti və birgə addımların atılması haqqında müzakirələr aparacaq. ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli üçün təsirli rola malikdir. Bu görüş Minsk qrupunun sonrakı fəaliyyətinə də müsbət təsir edə bilər”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

38
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Makron Putinə zəng etdi: Mövzu Qarabağdır
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
(2:08 / 13.71Mb / просмотров видео: 1)

İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”

0
(Yenilənib 18:58 22.10.2020)
İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə baş çəkərək, erməni SQ-nin atdığı ballistik raketin törətdiyi fəsadlarla tanış olub, zərər çəkmişlərin ailələri ilə görüşüb. Daha ətraflı – videomuzda.

İsrailli diplomat Gəncə şəhərinə baş çəkib. Səfir Corc Dik Gəncədə erməni SQ-nin atdığı ballistik raketindən uçmuş evlərin qurbanları ilə görüşüb, onlara şəxsən öz və bütün İsrail dövlətinin başsağlığını çatdırıb.

“Mən qurbanların bəziləri ilə bu gün görüşdüm. Bəziləri ilə daha sonra tanış olacağam. Onların başına gələnləri dinləmək ürəyimi ağrıdır. Milli mənsubiyyət və inancından asılı olmayaraq, dinc əhaliyə qarşı hücumlar qəbuledilməzdir. Hər insanın həyatı vacibdir”, - deyə israilli diplomat mətbuata açıqlamasında deyib.

Corc Dik həm də İsrail-Azərbaycan münasibətlərindən danışıb. O, münasibətimizin dostluq üzərində qurulduğunu, tarixi köklərə dayandığını və özünü iqtisadiyyatın müxtəlif sayələrdə əməkdaşlığımızda büruzə verdiyini bəyan edib.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər dinc sakin həlak olub, 52 nəfər xəsarət alıb.

0