İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub

İlham Əliyev Qarabağa görə qonağına təşəkkür etdi

38
"Xalqımız bilir ki, siz əsl qardaşlarsınız və qardaşlığın bu misilsiz jesti tərəfimizdən həqiqətən yüksək qiymətləndirilir"

BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 26-da Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Prezident Arif Alvini qarşıladı.

İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub
© Official website of President of Azerbaijan Republic
İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub

Dövlət başçıları birgə foto çəkdirdilər. Sonra Prezident İlham Əliyevin və Prezident Arif Alvinin görüşü oldu.

Prezident Arif ALVİ dedi:

- Maşallah, üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəksiniz.

Prezident İlham ƏLİYEV dedi:

-Bəli, dünən Sizin dəstəyinizlə biz fəaliyyətə başladıq. Bizim Qoşulmama Hərəkatına sədr kimi namizədliyimizi dəstəklədiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Qarşıdakı üç il ərzində biz üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, onlar üçün həssas olan məsələlərin həlli məqsədilə əlimizdən gələni etməyə çalışacağıq. Biz, əlbəttə ki, beynəlxalq hüquq, ədalət və Bandunq prinsiplərini dəstəkləyəcəyik. Bunlar bizim prinsiplərlə, yəni, ərazi bütövlüyü, müstəqillik, suverenlik, bir-birinin işlərinə qarışmama ilə üst-üstə düşür. Bunlar Azərbaycanın beynəlxalq arenada müdafiə etdiyi bütün əsas prinsiplərdir. Hesab edirəm ki, siyasətimizin önəmli elementlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra edilməməsi məsələsinin həllinə çalışmaq olacaq.

İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb
© Official website of President of Azerbaijan Republic

Prezident Arif ALVİ: Birləşmiş Millətlər Təşkilatı kimi...

Prezident İlham ƏLİYEV: Bəli, Birləşmiş Millətlər Təşkilatı kimi. Bizim timsalımızda söhbət erməni qoşunlarının qeyd-şərtsiz olaraq və dərhal ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamədən gedir. Lakin onlar icra olunmur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə icra olunur.

Prezident Arif ALVİ: Qoşulmama Hərəkatı burada böyük rol oynaya bilər.

Prezident İlham ƏLİYEV: Biz əlbəttə ki, bunu edəcəyik. Biz ikili standartlara qarşı mübarizə aparacağıq. Fürsətdən istifadə edərək, cənab Prezident, mən hökumətinizə, qardaş Pakistan xalqına Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstək göstərdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Pakistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmaması faktı bizim xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

Prezident Arif ALVİ: Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Bizim xalqımız bunu bilir. Xalqımız bilir ki, siz əsl qardaşlarsınız və qardaşlığın bu misilsiz jesti tərəfimizdən həqiqətən yüksək qiymətləndirilir. Biz hazırda bir çox sahələri əhatə edən yaxın qardaşlıq münasibətlərini qurmuşuq. Mən Sizin gözəl ölkənizə bir neçə dəfə səfər etmişəm.

Prezident Arif ALVİ: Bəli.

Глава Азербайджанского государства принял президента Исламской Республики Пакистан Арифа Алви
© Official website of President of Azerbaijan Republic
İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub

Prezident İlham ƏLİYEV: Çox şadam ki, Siz bizə səfər edirsiniz, lakin biz Sizin rəsmi səfərinizi gözləyəcəyik.

Prezident Arif ALVİ: Bəli, elədir. Yaxşı fürsət tapan kimi gələcəyəm. Zati-aliləri, biz ticarətin artırılmasına, bir sıra sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirməliyik. Hesab edirəm ki, biz təhsil və səhiyyə sahələrində əməkdaşlıq edə bilərik. Mən geri qayıdandan sonra Pakistanın yaxşı təhsil verən və yaxşı xəstəxana, müalicə xidmətləri təklif edən qurumlarını Bakıda standartlara cavab verən xəstəxana və məktəblər tikmək imkanlarını nəzərdən keçirməyə ruhlandıracağam. Eyni zamanda, Azərbaycan neft sektorunda möhtəşəm, uzunmüddətli təcrübəyə malikdir. Mən Qvadarda neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim. Qvadar dəniz limanıdır.

Prezident İlham ƏLİYEV: Bəli, bilirəm.

Prezident Arif ALVİ: Şimal-Cənub dəhlizi faktiki olaraq Çabahardan keçir. Qvadarla da bağlantı yaratmaq olar ki, Azərbaycan cənubdakı okean vasitəsilə bütün təchizat məhsullarını ixrac edə bilsin. Bir çox sahələrdə əməkdaşlığı artırmaq mümkündür.

38
 “TOÇKA-U” raketinin buraxılışı, arxiv şəkli

Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb

1
Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması diqqətə çatdırılıb

BAKI, 22 oktyabr - Sputnik. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün bu gün növbəti brifinq verilib.
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, brifinqdə qonaqlara Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs razılığına əməl etməyərək açıq şəkildə onu pozması haqqında ətraflı məlumat verilib.
Əlavə olaraq, işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının ərazilərində olan inzibati yaşayış mərkəzlərinin, tarixi-memarlıq və dini abidələrinin dağıdılması və talan edilməsi, eləcə də döyüş texnikasının tibbi təyinatlı texnika adı altında döyüşlərdə istifadə edilməsi barədə də məlumat diqqətə çatdırılıb.

1
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Siyəzən, Kürdəmir, Qəbələ, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”
Qəbələnin atəşə tutulması nəticəsində bir nəfər xəsarət alıb
Prezidentin köməkçisi: "Qəbələyə raketlər Qafan və Cermuk bölgələrindən atılıb"
Hikmət Hacıyev Ermənistanın Qəbələ, Kürdəmir və Siyəzənə raket atəşi barədə
Ermənistan ərazisindən Siyəzən, Qəbələ və Kürdəmir raket atəşinə tutulub

Azərbaycanın İranla sərhədindəki Ağbənddə bayrağımız dalğalanır - VİDEO

50
(Yenilənib 19:30 22.10.2020)
Dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

BAKI, 22 oktyabr - Sputnik. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında məlumat verərək, bu münasibətlə Azərbaycan və İran xalqlarını təbrik edib.

Həmçinin dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

​Qeyd edək ki, bu gün müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

50
Teqlər:
Prezident İlham Əliyev, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bayraq, Ağbənd qəsəbəsi, sərhəd, İran, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Dövlət başçısı: "Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü"
Füzuli, Cəbrayıl və Zəngilanın 20 kəndi və 1 qəsəbəsi azad edildi - İlham Əliyev
İlham Əliyev: "Sülhməramlılarla bağlı həlledici sözü biz deməliyik"
İlham Əliyev: "Ermənistanın bu hökuməti ilə sülhlə nizamlanma perspektivi çox uzaqdır"
İlham Əliyev: "Dağlıq Qarabağda heç bir referendum olmayacaq"
Milli Məclis

Milli Məclisin növbəti plenar iclasının vaxtı gündəliyi məlum olub

0
(Yenilənib 19:26 22.10.2020)
"Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin iclası 27 oktyabrda keçiriləcək. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0