SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Венесуэлы Николас Мадуро и Президент Азербайджана Ильхам Алиев
Президент Венесуэлы Николас Мадуро и Президент Азербайджана Ильхам Алиев  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Qoşulmama Hərəkatının hökumət və dövlət başçılarının 18-ci Zirvə Görüşünün sədri seçilib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr - Sputnik. Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə hərəkatın hazırkı sədri, Venesuela Prezidenti Nikolas Maduro sammiti açıq elan edib.

Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
SİYASƏT
Bakıda Qoşulmama Hərəkatının zirvə görüşü keçirilir

Maduro qeyd edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlərin bəzi liderləri vəfat ediblər. O, buna görə təklif edib ki, tədbirdə bir dəqiqəlik sükut elan olunsun.

Daha sonra Qoşulmama Hərəkatında sədrlik Venesueladan Azərbaycana keçib. Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Qoşulmama Hərəkatının hökumət və dövlət başçılarının 18-ci Zirvə Görüşünün sədri seçilib.

Qeyd edək ki, Qoşulmama Hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.

Azərbaycan bu hərəkata 2011-ci ildə qoşulub və bu il hərəkatın XVIII Zirvə Görüşünə ev sahibliyi edir. Ölkəmiz 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.

Xəbər lenti
0