Azərbaycan Milli Elmlər Akademiyasının binası

AMEA-nın yeni prezidenti məlum oldu

135
(Yenilənib 17:20 23.10.2019)
Səsvermədə alternativsiz namizəd olan akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Akademiyanın prezidenti vəzifəsinə seçki keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

Səsvermədə alternativsiz namizəd olan akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq etmək barədə Sərəncam imzalayıb.

135
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

Türkiyə səfirliyindən Azərbaycana Laçın təbriki

15
(Yenilənib 11:22 01.12.2020)
Bu barədə məlumat Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Laçının işğaldan azad edilməsi və Azərbaycan torpaqlarına yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Qarabağ Azərbaycandır!", - deyə məlumatda vurğulanır.

15
Teqlər:
təbrik, Türkiyə, Azərbaycandakı səfirliyi, Laçının azad olunması
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

231
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

231
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Notebook-la oynayan kişi, arxiv şəkli

Bu qurum vətəndaş müraciətlərini sosial səhifələr vasitəsilə cavablandıracaq

0
Vətəndaşlar həmin səhifələr vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər

 

BAKI, 1 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan facebook, instagram, telegram və twitter sosial səhifələri vasitəsilə də cavablandıracaq. Bu barədə Sputnik Azərbaycan-a DSMF-dan məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar həmin səhifələr:

www.facebook.com/dsmf.sosial.gov.az/

www.instagram.com/dsmf.sosial.gov.az/

t.me/dsmfsosialgovaz

twitter.com/dsmfsosialgovaz

vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq. Sosial şəbəkə səhiflərində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.

0
Teqlər:
sosial şəbəkə, Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu