Bakıda Türk Şurası XİN başçılarının görüşü

Bakıda altı ölkənin xarici işlər nazirinin qatıldığı iclas keçirilir

15
(Yenilənib 12:22 14.10.2019)
Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr - Sputnik. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

Sputnik Azərbaycan bildirir ki, iclasda Azərbaycandan Elmar Məmmədyarov, Türkiyədən Mövlud Çavuşoğlu, Qazaxıstandan Muxtar Tlueberdi, Qırğızıstandan Çingiz Ayderbekov, Özbəkistandan Abdulaziz Kamilov, Macarıstandan Peter Siyyarto iştirak edirlər.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.

Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq.

Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

15
Əlaqədar
Özbəkistan Türk Şurasına üzv olmaqla tarixi addım atıb - Çavuşoğlu
Qazaxıstana getmək istəyən və orada yaşayan azərbaycanlılara şad xəbər