Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi

Keşikçidağ məsələsində gürcülərlə razılığa gəldik

55
(Yenilənib 13:41 10.10.2019)
Gürcüstan Baş naziri bildirib ki, bu problem hər iki ölkənin maraqları nəzərə alınmaqla həll edilməlidir

BAKI, 10 oktyabr — Sputnik. Gürcüstan Baş naziri Georgi Qaxariya bəyan edib ki, sabahdan gürcü ruhanilər Gürcüstan-Azərbaycan sərhədindəki David Qareci (Keşikçidağ) monastır kompleksinin bütün kilsələrinə giriş imkanı əldə edəcəklər. Sputnik Gürcüstan xəbər verir ki, bunu Qaxariya hökumətin bu gün keçirilən iclasında Azərbaycana səfərinin yekunları barədə danışarkən bildirib.

Qaxariya Baş nazir statusunda xarici ölkəyə ilk səfərini Azərbaycana edib və Bakıda Azərbaycan Prezidenti ilə danışıqlar aparıb.

"Mövcud problemlər barədə tamamilə açıq söhbət baş tutdu və bunun nəticəsi olaraq sabahdan gürcü ruhanilər Gürcüstan-Azərbaycan sərhədindəki qədim David Qareci monastır kompleksinin bütün kilsələrinə giriş imkanı əldə edəcəklər. Biz addım-addım, mərhələli şəkildə bu məsələdə ciddi irəliləyişə nail olmalıyıq", - deyə Qaxariya qeyd edib.

O vurğulayıb ki, bu problem hər iki ölkənin maraqları nəzərə alınmaqla həll edilməlidir.

55
Snayper, arxiv şəkli

Cəbhədə snayperlər işə düşdü: təşəbbüskar yenə Ermənistandır

9
(Yenilənib 09:51 30.05.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub

BAKI, 30 may - Sputnik. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

9
Əlaqədar
Bizə bayramları haram etməyə and içiblər
Cəbhədə son durum
Ordumuzun mövqeləri snayper və pulemyotlarla atəşə tutuldu
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
Dövlət sərhədi, arxiv şəkli

Sərhədlərimiz bir müddət bağlı qalacaq

70
(Yenilənib 17:23 29.05.2020)
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan  ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadılıb

BAKI, 29 may — Sputnik. Azərbaycan dövlət sərhədinin bağlanması müddəti iyunun 15-dək uzadılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan  ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb.

70
Taliban hərəkatının döyüşçüsü, arxiv şəkli

Əfqanıstanda 700-dən çox "Taliban" üzvü azad edilib

0
(Yenilənib 23:57 30.05.2020)
Cavid Feysal Əfqanıstan hökumətinin son iki gündə 710 “Taliban”lını müxtəlif həbsxanalardan azad etdiyini bildirib.

BAKI, 30 may - Sputnik. Əfqanıstan hakimiyyəti iki gün ərzində “Taliban” radikal hərəkatının 700-dən çox üzvünü sərbəst buraxıb və bazar günü təxminən daha 300 nəfər azad ediləcək.

APA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

“Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal Əfqanıstan hökumətinin son iki gündə 710 “Taliban”lını müxtəlif həbsxanalardan azad etdiyini, prezidentin əmri əsasında onların sayının iki minə çatdırılması üçün sabah başqa 290 nəfərin də azad ediləcəyini bildirib”, - deyə telekanalın məlumatında bildirilir.

0