Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası, arxiv şəkli

"Novruz Məmmədov dövlət başçısına müraciət edib"

68
(Yenilənib 12:40 08.10.2019)
O.Əsədov deyib ki, Prezident İlham Əliyev Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında parlamentə müraciət edib

BAKI, 8 oktyabr - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi barədə Prezident İlham Əliyevə müraciət edib. Novruz Məmmədov özü istefa verib.

O.Əsədov deyib ki, Prezident İlham Əliyev Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında parlamentə müraciət edib.

Daha sonra spiker Ə. Əsədovun tərcümeyi-halı barədə məlumat verib və məsələ ilə bağlı müzakirələr başlayıb. 

Məsələ səsə qoyularaq qəbul edilib.

 

68
Teqlər:
müraciət, Prezident, Milli Məclis, Novruz Məmmədov

Politoloq: “Avropa Amerikaya görə Çinlə münasibətlərini pozmaq istəmir”

11
(Yenilənib 00:43 03.08.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatlar Çinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir
Fikrət Sadıxov: “Çinlə münasibətləri pozmaq Avropa ölkələrinin marağında deyil”

“ABŞ Pekinə qarşı sərtləşdirmə siyasətini bütün müttəfiqləri üçün uyğun hesab edir”. Bunu ABŞ dövlət katibi Maykl Pompeo deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, ölkələrin bir-birinə olan münasibətləri sərtləşdirmək və yumşaltmaq istəyi prioritetlərdən asılı olan məqamdır:

“ABŞ-ın Çinə qarşı sərt münasibəti göstərir ki, bu ölkə rəsmi Pekinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir. ABŞ Çinin beynəlxalq münasibətlər sistemində tutduğu kursdan narazıdır. Amma bu, o demək deyil ki, ABŞ-ın müttəfiqləri də bu yolla getməlidirlər. Çin kimi bir güclə münasibətləri pozmağın hansısa Avropa ölkəsinin maraqları çərçivəsində olduğunu düşünmürəm”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
ATƏT bayraqları, arxiv şəkli

Rusiya özü gedir, ABŞ-ı çıxarır

10
(Yenilənib 01:35 03.08.2020)
"ATƏT-in Avropa təhlükəsizlik sistemində rolunun möhkəmlənməsi NATO və Avropa Birliyinin təsirinin azalmasına gətirib çıxaracaq"

BAKI, 3 avqust — Sputnik. Rusiya tərəfi Amerika Birləşmiş Ştatlarının Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından çıxarılmasını tələb etməyəcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. 

“Biz ona çalışırıq ki, amerikalılar ATƏT-in yaradılması ilə ümumavropa prosesinin miqyaslı xarakter aldığını başa düşsünlər. Çünki ATƏT-in Avropa təhlükəsizlik sistemində rolunun möhkəmlənməsi NATO və Avropa Birliyinin təsirinin azalmasına gətirib çıxaracaq”, - Lukaşeviç deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı ABŞ-a sərf etmir. Buna Birləşmiş Ştatların “ATƏT-in institusional inkişafına mane olmaq” cəhdləri dəlalət edir.

Eyni zamanda Lukaşeviç qeyd edib ki, Rusiya özü də təşkilatdan çıxmaq fikrində deyil, çünki “o həmişə ATƏT-ə sadiq olub”.

 

10

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0