Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında

İlham Əliyevin Rusiyada çıxışı: "Qarabağ Azərbaycandır nida işarəsi"

349
Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı

BAKI, 4 oktyabr — Sputnik. Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

 Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında

Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu dedilər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Dövlətimizin başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirdi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər saldı.

 Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi:

“Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filipin Prezidenti Rodriqo Roa Duterte çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırdılar.

349
Əlaqədar
Putin: "İlham Əliyevin böyük layihələrinin reallaşması üçün hər şeyi edirik"
İlham Əliyevdən Putinə: "Dörd aydır ki, görüşmürdük, bu, kifayət qədər böyük müddətdir"
Vladimir Putin İlham Əliyevlə görüşdü: "Perspektivlərimiz yaxşıdır" – VİDEO
İlham Əliyev Rusiyada səfərdədir

Politoloq: “Avropa Amerikaya görə Çinlə münasibətlərini pozmaq istəmir”

12
(Yenilənib 00:43 03.08.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatlar Çinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir
Fikrət Sadıxov: “Çinlə münasibətləri pozmaq Avropa ölkələrinin marağında deyil”

“ABŞ Pekinə qarşı sərtləşdirmə siyasətini bütün müttəfiqləri üçün uyğun hesab edir”. Bunu ABŞ dövlət katibi Maykl Pompeo deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, ölkələrin bir-birinə olan münasibətləri sərtləşdirmək və yumşaltmaq istəyi prioritetlərdən asılı olan məqamdır:

“ABŞ-ın Çinə qarşı sərt münasibəti göstərir ki, bu ölkə rəsmi Pekinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir. ABŞ Çinin beynəlxalq münasibətlər sistemində tutduğu kursdan narazıdır. Amma bu, o demək deyil ki, ABŞ-ın müttəfiqləri də bu yolla getməlidirlər. Çin kimi bir güclə münasibətləri pozmağın hansısa Avropa ölkəsinin maraqları çərçivəsində olduğunu düşünmürəm”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
ATƏT bayraqları, arxiv şəkli

Rusiya özü gedir, ABŞ-ı çıxarır

10
(Yenilənib 01:35 03.08.2020)
"ATƏT-in Avropa təhlükəsizlik sistemində rolunun möhkəmlənməsi NATO və Avropa Birliyinin təsirinin azalmasına gətirib çıxaracaq"

BAKI, 3 avqust — Sputnik. Rusiya tərəfi Amerika Birləşmiş Ştatlarının Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından çıxarılmasını tələb etməyəcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. 

“Biz ona çalışırıq ki, amerikalılar ATƏT-in yaradılması ilə ümumavropa prosesinin miqyaslı xarakter aldığını başa düşsünlər. Çünki ATƏT-in Avropa təhlükəsizlik sistemində rolunun möhkəmlənməsi NATO və Avropa Birliyinin təsirinin azalmasına gətirib çıxaracaq”, - Lukaşeviç deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı ABŞ-a sərf etmir. Buna Birləşmiş Ştatların “ATƏT-in institusional inkişafına mane olmaq” cəhdləri dəlalət edir.

Eyni zamanda Lukaşeviç qeyd edib ki, Rusiya özü də təşkilatdan çıxmaq fikrində deyil, çünki “o həmişə ATƏT-ə sadiq olub”.

 

10
Neft

Azərbaycan nefti 45 dollara satılır

0
(Yenilənib 12:49 04.08.2020)
"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 45,39 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0