SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevdən Putinə: "Dörd aydır ki, görüşmürdük, bu, kifayət qədər böyük müddətdir"

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев (слева) во время встречи
Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев (слева) во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim üçün Rusiya etibarlı tərəfdaş, dost və mehriban qonşudur. Biz bu münasibətlərə dəyər veririk"

BAKI, 3 oktyabr — Sputnik. Biz dörd aydır ki, görüşmürdük. Ötənilki təmaslarımızın intensivliyini nəzərə alsaq, bu, kifayət qədər böyük müddətdir.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bu gün Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

İlham Əliyev görüş imkanına görə Vladimir Putinə təşəkkür edib:

"Siz qeyd etdiyiniz kimi, biz bir müddət, daha dəqiq desək, 4 ay görüşməmişik. Ötənilki təmaslarımızın intensivliyini nəzərə alsaq, bu, kifayət qədər böyük müddətdir".

Azərbaycan Prezidenti qeyd edib ki, ötən il tərəflər dörd görüş keçiriblər.

Əliyev Rusiya – Azərbaycan əlaqələrini strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə edib.

Azərbaycan Prezidenti eyni zamanda iqtisadiyyatda pozitiv dinamikaya da işarə edib: "Ticarət dövriyyəsinin həcmi ötən il də, bu il də artıb. Bizdə olan məlumatlara görə, avqusta qədər artım 20%-dən çox olub. Bizim üçün Rusiya etibarlı tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətlərə dəyər veririk. Əminəm ki, bugünkü diskussiya bizim əlaqələrimizin bundan sonrakı inkişafı üçün yaxşı töhfə olacaq".

Xəbər lenti
0