İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Fransalı senator İlham Əliyevlə görüşdə yüz il əvvəli yada saldı

55
(Yenilənib 19:37 30.09.2019)
"Ölkələrimiz arasında güclü əlaqələr var. Çünki bir əsrdən çox müddət əvvəl sizin hökumətiniz Fransada mühacir olmuşdur" - Alen Uper

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən bildirir verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: "Azərbaycana xoş gəlmisiniz, sizi salamlayıram. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli rol oynayacaq. Bu yaxınlarda səfirin etimadnaməsini qəbul edərkən Fransa-Azərbaycan əlaqələri haqqında öz fikirlərimi bölüşdüm. Hesab edirəm ki, əvvəlki dövrlərdə bu əlaqələrin inkişafı istiqamətində böyük işlər görülmüşdür və müxtəlif sahələrdə Fransa-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Siyasi əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində bir çox qarşılıqlı səfərlər edilib. Onu da bildirməliyəm ki, Heydər Əliyevin Prezident vəzifəsinə seçiləndən sonra ilk xarici səfəri Fransaya olmuşdur. Mənim də Prezident vəzifəsinə seçilməyimdən sonra ilk rəsmi səfərim Prezident Jak Şirakın dəvəti ilə Fransaya olub. Fürsətdən istifadə edərək Prezident Jak Şirakın vəfatı ilə əlaqədar bir daha başsağlığı verirəm.

Fransa prezidentləri Azərbaycana rəsmi səfərlər etmişlər və keçən ilin iyul ayında mənim Fransaya səfərim çərçivəsində Prezident Makron ilə çox səmimi görüşümüz olub. Yüksək səviyyəli səfərlər bütün sahələrdə əlaqələrin inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, bir çox sahələrdə, o cümlədən energetika, nəqliyyat, kosmik sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf edir.

Əlbəttə ki, parlamentlərarası əlaqələr ümumi əlaqələrimizin inkişafına çox mühüm töhfə vermişdir. Əminəm ki, sizin səfəriniz də bu istiqamətdə çox uğurlu və önəmli addım olacaqdır".

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uper deyib: "Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk. Ölkənin birinci şəxsi tərəfindən səfirimizin müşayiət etdiyi nümayəndə heyətimizin qəbul edilməsindən şərəf hissi duyuruq. Səfir bu yaxınlarda təyin olunub və öz fəaliyyətinə artıq başlayıb. Şəxsən öz adımdan və Fransa adından Sizə və xanımınıza təşəkkürümüzü bildiririk ki, Prezident Şirakın vəfatı ilə əlaqədar siz dostluğunuzu nümayiş etdirdiniz. Dostluğun müddəti olmur. Siz bunu sübuta yetirdiniz. Ölkələrimizi səciyyələndirəcək bir söz olarsa, o, dostluq sözü olardı. Ölkələrimiz arasında güclü əlaqələr var. Çünki bir əsrdən çox müddət əvvəl sizin hökumətiniz Fransada mühacir olmuşdur. General de Qol hələ 1944-cü ildə burada olmuşdur".

İlham Əliyev Fransanın ölkəmizdəki səfirliyində olub, sabiq Prezident Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib
© Official website of President of Azerbaijan Republic

Alen Uper mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın əhəmiyyətini xüsusi olaraq vurğulayıb və Fransada bu mövzu ilə əlaqədar müzakirələr aparılan zaman Azərbaycanı nümunə kimi təqdim etdiyini bildirib.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar Azərbaycanın mövqeyini diqqətə çatdıraraq bildirdi ki, bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Görüşdə Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlığın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu qeyd olundu. Həmçinin söhbət zamanı iki ölkə arasında elmi tədqiqat, tibb və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

55
Teqlər:
Prezident İlham Əliyev, görüş, Senat, Fransa, Azərbaycan
Ermənistana məxsus PUA, arxiv şəkli

Ermənistanın sərhədimizi pozan PUA-sı məhv edildi

170
(Yenilənib 22:53 06.08.2020)
Avqustun 6-da vurulan PUA Ermənistan SQ-nin Azərbaycan HHQ tərəfindən vurulan sayca yeddinci aparatıdır

BAKI, 6 avgust — Sputnik. Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Bundan öncə iyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərərkən vurulmuşdu.

Avqustun 6-da vurulan PUA Ermənistan SQ-nin Azərbaycan HHQ tərəfindən vurulan sayca yeddinci aparatıdır. İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən bəri hərbçilərimiz müntəzəm olaraq düşmən PUA-larını aşkarlayaraq məhv edirlər. İyulun 22-də X-55 PUA-sı, bundan bir gün öncə kəşfiyyat aparan daha iki aparat, iyulun 16-da daha bir X-55 məhv edilmişdi. İyulun 14-də isə Ermənistan SQ-yə məxsus PUA artilleriya qurğusu ilə eyni zamanda vurulmuşdu. 

170
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
ABŞ-dakı səfirimiz: "Ermənistanın son əməlləri danışıqlara zərbə vurur"
Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
Cəbhədə gərgin gecə: mövqelərimiz pulemyotlardan atəşə tutuldu
Los-Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Gündəmdə saziş var: Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

11
(Yenilənib 20:31 06.08.2020)
Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib

BAKI, 6 avqust — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib.

Sputnik Azərbaycan-a XİN-dən daxil olan məlumata görə, C.Bayramov və Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğulayıb.

Tərəflər Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Nazir bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, Ermənistanın nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran Ermənistanın təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulanıb. İşğalçı ölkə Ermənistanla işğala məruz qalan Azərbaycana eyni yanaşmanın nümayiş etdirilməsinin qəbuledilməz olduğunu bildirən nazir BMT TŞ qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulayıb.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini və İttifaqın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11
Zeytun yağı

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

0
70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır

BAKI, 6 avqust — Sputnik. Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər. Bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", – deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", – deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

 

0
Əlaqədar
Yumurta yeyin, arıqlayın...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Buna da növbə çatdı - Şokolad ziyanlı imiş