Xarici İşlər naziri Elmar Məmmədyarov

Məmmədyarov: "Bütün üzv dövlətlərin BMT TŞ-nin qətnamələrini yerinə yetirmələri vacibdir"

21
(Yenilənib 14:32 26.09.2019)
"Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər"

BAKI, 26 sentyabr — Sputnik. Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Nizamnaməsinin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında deyib.

Nazir bildirib ki, BMT və regional təşkilatlar arasında əməkdaşlıq, BMT-nin məqsəd və prinsiplərinin təşviq edilməsi baxımından zəruridir: "Bir sıra hallarda aydındır ki, regional və sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir. Bununla yanaşı, ciddi problemlər hələ də mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç də hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensialına sahib deyillər. Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər.

Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Nizamnaməsinin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir. Onlar həmçinin terror və əlaqəli cinayətkar fəaliyyətlərin, xüsusilə də hər hansı bir bəhanə və ya sipər altında, bilavasitə və ya dolayı yolla dəstəklənməsi və ya maliyyələşdirilməsi üçün öz ərazilərinin istifadə edilmədiyindən əmin olmalıdırlar".

21
Teqlər:
debat, BMT, Elmar Məmmədyarov, XİN rəhbərləri, Qarabağ, siyasət
Əlaqədar
İcma rəhbəri: “Ermənistanın işğalçı olduğu bir daha təsdiqləndi”
MN: Ordunun PUA-ları tam tərkibdə sıradadır və itki yoxdur
Fərid Şəfiyev: "Azərbaycan və Ermənistan "post danışıqlar dövrü"nə qədəm qoyub"
Əli Əhmədov: "Danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir"
Rusiya strateji tərəfdaşımız, Türkiyə ciddi təhdiddir – Paşinyandan gözlənilməz gedişlər
Заведующий отделом Администрации президента по вопросам внешней политики Хикмет Гаджиев

Hikmət Hacıyev: “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçməyib”

9
(Yenilənib 14:45 04.08.2020)
"Ermənistanın hərbi siyasi rəhbərliyində olan insanları nəhayət öz məsuliyyətlərini başa düşməlidirlər. Onlar anlamalıdır ki, bu işğala görə şəxsən məsuliyyət daşıyırlar"

BAKI, 4 iyul – Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Ermənistan müharibəsi, Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı APA-ya müsahibə verib. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir.

- Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında bildirdi ki, quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. İndiki şərtlər daxilində Ermənistan və Azərbaycan arasında danışıqların dayandırılması mümkündürmü?

- Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həlli prosesinə sadiqdir. Biz hesab edirik ki, bu fəaliyyət Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən sənədlər, xüsusilə də ATƏT-in Budapeşt sammitinin qərarları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həyata keçirilməlidir. Amma Azərbaycan Respublikasının qaldırdığı məsələ ondan ibarətdir ki, danışıqlar prosesi nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərinin işğaldan azad edilməsi təmin olunmalıdır. Yəni, bu mandat əsasında qoyulmuş məqsədlər həyata keçirilməyib. Burada da əsas məqsəd ondan ibarətdir ki, danışıqlar prosesinin nəticəsi olaraq Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad edilməlidir. Görünən odur ki, Ermənistan danışıqlar prosesinə riyakarlıqla yanaşır. Ermənistan atəşkəs rejimi adı altında danışıqlar prosesinin yubatmağa, hətta uzatmağa çalışır. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu gücləndirməkdir. Ona görə də Azərbaycanın gözləntisi Minsk Qrupu həmsədrlərinin öz üzərinə düşən mandat əsasında ciddi, konkret gündəlik, həmçinin də 90-cı illərin ortalarında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında hazırlanmış təcili və təxirəsalınmaz addımlar haqqında proqramda nəzərdə tutulan konkret vaxt ərzində Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır. Bu plan nəyə görə həyata keçirilmir?!

Bu gün biz Ermənistanın ritorikasına baxsaq, görərik ki, onlar yenə də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Onlar qəsdən yenə də atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı məsələləri gündəmə gətirirlər. Axı burada məqsəd atəşkəsin gücləndirilməsi deyil, işğal faktına, hərbi işğala son qoymaqdır. Danışıqlar prosesinin də mahiyyətində bu durmalıdır. Azərbaycan Respublikası Düşənbə görüşündən -  2018-ci ilin sentyabr ayından başlayaraq danışıqların intensiv əsasda hazırlanması üçün bütün konstruktiv addımları həyata keçirib. 

Ancaq bunun müqabilində biz Ermənistanın destruktiv və provokativ addımlarını gördük. Ermənistan danışıqlar prosesinin formatını pozmağa çalışır, danışıqlar prosesinin mahiyyətini dağıdır, ATƏT-in Minsk Qrupu həmsədrlərinə hörmətsiz yanaşır. Ermənistanın təcavüzkar siyasətinin davamı kimi biz Tovuzda növbəti hücumu, təxribatı gördük. Bunlar baş verdiyi şəraitdə beynəlxalq ictimaiyyət, həmsədrlər tərəfindən Ermənistanın fəaliyyətinə qiymət verilməli, danışıqlar konkret əsasda aparılmalıdır.

- Bunun üçün Azərbaycan tərəfindən hansısa şərtlər irəli sürülübmü? ATƏT-in Minsk Qrupu qarşısında hansısa məsələ qaldırılıbmı?

- Azərbaycanın qarşıya qoyduğu məqamlardan biri həmsədrlərin öz mandatından irəli gələn məsələlərin həlli üçün öz fəaliyyətlərini nəzərdən keçirmələridir. Həmçinin danışıqlar prosesində artıq müəyyən olunmuş əsasların Ermənistan tərəfindən pozulmasına və müəyyən qeyd-şərtlər irəli sürməsinə yol vermək olmaz. Ermənistanın Baş naziri Azərbaycan tərəfinə 7 qeyd-şərt irəli sürüb. Bu, danışıqlar prosesinə çox ciddi zərbədir. Danışıqlarda Ermənistanın hər hansı şərt qoymasının əsası yoxdur. Həmçinin, Azərbaycan o məqamla çıxış edir ki, ATƏT-in Minsk Qrupunun 11 üzvü də prosesdə aktiv iştirak etsin. Onların hamısının iştirakı ilə toplantılar, Minsk qrupunun geniş tərkibli iclasları keçirilsin. Ən vacib məqam odur ki, işğal faktına son qoyulmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistanın hərbi siyasi rəhbərliyində olan insanları nəhayət öz məsuliyyətlərini başa düşməlidirlər. Onlar anlamalıdır ki, bu işğala görə şəxsən məsuliyyət daşıyırlar.

9

Politoloq: “Avropa Amerikaya görə Çinlə münasibətlərini pozmaq istəmir”

20
(Yenilənib 00:43 03.08.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatlar Çinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir
Fikrət Sadıxov: “Çinlə münasibətləri pozmaq Avropa ölkələrinin marağında deyil”

“ABŞ Pekinə qarşı sərtləşdirmə siyasətini bütün müttəfiqləri üçün uyğun hesab edir”. Bunu ABŞ dövlət katibi Maykl Pompeo deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, ölkələrin bir-birinə olan münasibətləri sərtləşdirmək və yumşaltmaq istəyi prioritetlərdən asılı olan məqamdır:

“ABŞ-ın Çinə qarşı sərt münasibəti göstərir ki, bu ölkə rəsmi Pekinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir. ABŞ Çinin beynəlxalq münasibətlər sistemində tutduğu kursdan narazıdır. Amma bu, o demək deyil ki, ABŞ-ın müttəfiqləri də bu yolla getməlidirlər. Çin kimi bir güclə münasibətləri pozmağın hansısa Avropa ölkəsinin maraqları çərçivəsində olduğunu düşünmürəm”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

20
Kvas içən şəxs

Diqqət! Bu içkilər artıq çəkiyə səbəb olur

0
Bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

BAKI, 4 avqust — Sputnik. Şirələrin, kvasların və qazlaşdırılmış suların tərkibində çox miqdarda qlükoza var və onlar yüksək qlikemik indeksə malikdir. Bu içkiləri müntəzəm olaraq içmək mədəaltı vəz üçün böyük yük yaradır və artıq çəkiyə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yekaterina İvannikova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində deyib.

Bundan əlavə, bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

İvannikova içkilərinə dad qatmaq istəyənlərə suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və belə bir içkidən bir kiloqrama 30 millilitr həcmində istifadə etməyi məsləhət görüb.

0