SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MN: Ordunun PUA-ları tam tərkibdə sıradadır və itki yoxdur

© Sputnik / Murad OrujovГерб Министерства Обороны Азербайджанской Республики
Герб Министерства Обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrinin növbəti dezinformasiyasını təkzib edib

BAKI, 25 sentyabr — Sputnik. Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Azərbaycan Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil: "Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur".

Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir.

Xəbər lenti
0