CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya Xarici İşlər Nazirliyi Xələf Xələfovu mükafatlandırdı

© © AR Ministry of Foreign AffairsXələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb
Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ünvanladığı məktubunda X. Xələfovun fəaliyyətini yüksək qiymətləndirib

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" nişanına layiq görülüb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Bildirilib ki, mükafatı təqdim etmək məqsədilə XİN-ə gələn Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, nazir müavini X. Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

Xəbər lenti
0