Müdafiə naziri, general-polkovnik Zakir Həsənov

Zakir Həsənov: "Ermənistan Qarabağ münaqişəsinə dair sülh danışıqlarını qəsdən yubadır"

26
(Yenilənib 16:51 17.09.2019)
Ceyms Şarp öz növbəsində Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib

BAKI, 17 sentyabr — Sputnik. "Ermənistanın işğalçılıq siyasəti davam edir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşündə deyib.

Nazir bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq, sülh danışıqları rəsmi Yerevan tərəfindən qəsdən yubadılır.

Azərbaycanın Müdafiə naziri Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
© AR Ministry of Defense
Azərbaycanın Müdafiə naziri Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

C.Şarp öz növbəsində Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Britaniyalı diplomat həmçinin regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəal iştirakına görə Azərbaycana minnətdarlığını bildirib.

26
Teqlər:
Böyük Britaniya, müdafiə naziri, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ
Əlaqədar
Gürcüstan da Qarabağdakı "seçkilərə" münasibət bildirdi
Ukraynanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməzdir - Səfir
Azərbaycan Fransaya nota verdi
XİN: Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur
PA rəsmisi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə
Azərbaycan Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Bu qədərini heç BMT gözləmirdi: bu gün toplanacaqlar

12
(Yenilənib 16:26 10.07.2020)
BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə səmimi nota göndərərək Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını qeyd edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. "Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının (BA) koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsünə BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da əhəmiyyətli sayda artıq dövlət tərəfindən dəstək bildirilib".

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə səmimi nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini və bu xüsusda, Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını qeyd edib.

"Qeyd etmək istərdik ki, hazırda Baş Assambleyanın rəsmi iclaslarının virtual formatda keçirilməsi üçün razılaşdırılmış format və modallıqlar mövcud deyil və əvvəlki xüsusi sessiyalarda olduğu kimi, hazırkı sessiyanın da modallıqları üzv dövlətlər arasında razılaşdırılacaq. Xüsusi sessiyanın başlanğıcında prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə milli qisimdə çıxışların dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır.

Baş Assambleyanın 74-cü sessiyasının sədrinin təmsil edən Nigeriyanın nümayəndə heyətinin rəhbəri xüsusi sessiyanın müvəqqəti sədri qismində çıxış edəcək.

İnanırıq ki, 10 iyul tarixində başlayacaq xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.

Azərbaycanın təşəbbüsünü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkürümüzü ifadə edir və xüsusi sessiyanın işinə uğurlar arzulayırıq", - deyə məlumatda qeyd olunur.

12
Mariya Zaxarova, arxiv şəkli

Rusiyadan dəstək gəldi: Moskva Azərbaycanın təşəbbüsünü alqışladı

1551
(Yenilənib 18:06 09.07.2020)
XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva bu kontekstdə maraqlı diskussiyaların olacağını da gözləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Rusiya BMT Baş Assambleyasının (BA) COVID-19 mövzusuna dair xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyir.

© Official website of President of Azerbaijan Republic
  Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Qoşulmama Hərəkatı və onun sədri olaraq Azərbaycanın təşəbbüsü ilə COVİD-19-la bağlı BMT Baş Assembleyasının xüsusi iclasının çağrılması ilə bağlı qərar qəbul edildi. Rusiya MDB üzrə tərəfdaşının bu təşəbbüsü dəstəklədi. Ümid edirik ki, xüsusi sessiya konstruktiv məcrada keçəcək və sessiya hər hansı substantiv qərarların qəbul edilməsi ilə yekunlaşacaq. Biz bu kontekstdə maraqlı diskussiyaların olacağını da gözləyirik" – deyə XİN rəsmisi bəyan edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

1551
Belinda Norton, arxiv şəkli

Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib

0
(Yenilənib 22:52 10.07.2020)
Avstraliyanın Kvinslend ştatının Qold-kost şəhərindən olan bədən tərbiyəsi müəllimi arıqlamağın indiyədək məlum olmayan və sadə üsulunu kəşf edib.

BAKI, 11 iyul — Sputnik. Avstraliyanın Kvinslend ştatının Qold-kost şəhərindən olan bədən tərbiyəsi müəllimi arıqlamağın indiyədək məlum olmayan və sadə üsulunu kəşf edib. Söhbət mətbəx rəflərini savadlı şəkildə ərzaqla təchiz etməkdən gedir.

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, 43 yaşlı müəllim Belinda Norton mətbəxdə səliqə-sahman yaratdıqdan sonra onun qida vərdişləri dəyişib və sağlamlığı yaxşılaşıb. "Biz gündə bufetin rəflərinə 50 dəfə baxırıq. Bu hərəkət eynilə reklamın etdiyi kimi gözlərimizə və mədəmizə təsir göstərir", - deyə Norton bildirib.

O əlavə edib ki, mətbəxdəki səliqə-sahman idman və ya pəhriz rejimindən dəfələrlə daha effektiv, həmçinin sürətli arıqlamağa kömək edir. O, şkafın rəflərinə məhsulları aşağıdakı şəkildə yerləşdirməyi məsləhət görür: kulinariyada, məsələn, qoz-fındıq, çia toxumu və ədviyyat kimi tez-tez istifadə edilən və ən faydalı ərzağı ən görkəmli yerə yığmaq lazımdır. Aşağı rəflərə isə o, mühüm olmayan məhsulları — taxıl mənşəliləri, paxlalıları və makaronu yerləşdirir.

"Mənim əsas sirrim göz qabağında üzvi qidaları saxlamaqdır. Rəfləri bu cür məhsullarla doldurduğunuzda, düzgün seçim etmək ehtimalı daha çox olur", - avstraliyalı deyir.

Beləliklə, arıqlamaq üçün faydalı olan məhsullar həmişə Nortonun əlinin altında olur: sürətli hazırlanan yulaf lopaları, çətənə toxumu, günəbaxan və balqabaq (salatlar üçün əlavələr), düyü siropu, badam, kakao tozu və kokos yağı.

Uşaqlar üçün faydalı qəlyanaltılar valideynləri gözləmədən qəlyanaltı etmələri üçün aşağı rəflərdə saxlanılır. Norton qeyd edir ki, "mətbəx şkaflarındakı səliqə-sahman sizin sağlamlığınız və əmin-amanlığınız üçün çox vacibdir". "Bu, bizə ancaq lazım olan şeyləri almağa və pula qənaət etməyə yardım edir. Həmçinin bu, düzgün qərarların qəbul edilməsinə imkan yaradır və qidanın hazırlanmasında vaxta qənaət edir", - Norton bildirib.

Əvvəllər Avstraliyadan olan bir dietoloq arıqlamağın və çəkini lazımi səviyyədə saxlamağın altı sirrini açıqlamışdı. O, stressdən uzaq durmağı, daha çox salat və ya tərəvəz yeməyi, istehlak edilən yarımfabrikatların miqdarını azaltmağı məsləhət görürdü. O, həmçinin daha çox hərəkət etməyi, yeməkdən əvvəl və yemək zamanı su içməyi, şüurlu yeməyi tövsiyə edirdi.

0
Əlaqədar
Belə "əfsanə" heç bir kişinin, heç Lenqli xəfiyyələrinin də ağlına gəlməzdi
Əlinizdən gələni beş qaba çəkin - normal çəkiyə çatmaq üçün qızıl qaydalar
Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür
Məşhur teleaparıcı kraliça II Yelizavetaya baxıb arıqladı
Qəhvə necə arıqladır - alimlərdən yeni təcrübə