SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özbəkistan prezidenti Azərbaycana gəlir

© AFP 2023 / Jewel SAMADПрезидент Республики Узбекистан Шавкат Мирзиёев, фото из архива
Президент Республики Узбекистан Шавкат Мирзиёев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyətini salamlamaq şərəfli və xoş bir fürsət olacaq

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb.

İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Türkiyənin vitse-prezidentini qəbul edib

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sənəddə bildirilir ki, 2019-cu il sentyabrın 14-ə təsadüf edən Özbəkistan Respublikası tərəfindən Naxçıvan Sazişinin ratifikasiyasının tamamlanması türkdilli dövlətlərin həmrəyliyinin möhkəmləndirilməsində növbəti əlamətdar hadisə oldu: "Belə ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu TDƏŞ-ə daha bir türkdilli ölkə - Özbəkistanın qoşulmaq qərarı açıqlandı. Bu qərarı münasibətilə qardaş Özbəkistanı təbrik edirik".

Bəyanatda deyilir ki, Özbəkistanın Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığımızı müasir zəmanənin tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir: "Özbəkistanın TDƏŞ-ə qoşulması barədə bu tarixi qərarının məhz Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsi Azərbaycan Respublikası üçün xüsusi rəmzi məna daşıyır. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyətini salamlamaq bizim üçün şərəfli və xoş bir fürsət olacaq".

Xəbər lenti
0