Ukrayna Respublikasının Azərbaycandakı səfiri Vladislav Kanevski, arxiv şəkli

İlham Əliyev Vladimir Zelenskinin görüşü üzərində gedir

134
Belə bir görüş ilk kontakt üçün olduqca önəmlidir. Ən yaxın vaxtda baş tutacaq belə bir meydança BMT Baş Assambleyasının iclasıdır. Prezidentlərin qrafikini razılaşdırmaq lazımdır. Hələlik bu məsələ açıqdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr – Sputnik. Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenskinin ABŞ-da BMT Baş Assambleyasınının iclası çərçivəsində görüşü baş tuta bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın  Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

"İlk kontakt, görüş olduqca önəmlidir. Bizim prezidentlər gündəlikdə olan strateji məsələləri müzakirə etməmişdən əvvəl şəxsən tanış olmalıdırlar" - deyə səfir vurğulayıb.

O, əlavə edib ki, tərəflər beynəlxalq təşkilatların iclası zamanı liderlərin görüşünün təşkili üzərində işləyirlər: "Belə bir görüş ilk kontakt üçün olduqca önəmlidir. Ən yaxın vaxtda baş tutacaq belə bir meydança BMT Baş Assambleyasının iclasıdır. Prezidentlərin qrafikini razılaşdırmaq lazımdır. Hələlik bu məsələ açıqdır".

134