Gürcüstan Xarici İşlər Nazirliyinin binası

Gürcüstan da Qarabağdakı "seçkilərə" münasibət bildirdi

93
(Yenilənib 22:42 09.09.2019)
Gürcüstan Xarici İşlər Nazirliyi münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə həllinin tərəfdarıdır

BAKI, 9 sentyabr — Sputnik. Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 2019-cu ilin sentyabrın 8-də Dağlıq Qarabağda keçirilən "yerli idaetmə orqanlarına" adlandırılan "seçkiləri" və onların nəticələrini tanımır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstan XİN-in yayımladığı bəyanatda bildirilir.

Qurum eyni zamanda Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bəyanatda, həmçinin qeyd olunur ki, Gürcüstan Xarici İşlər Nazirliyi münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə həllinin tərəfdarıdır.

93

İlham Əliyevdən məmurlara sərt mesaj: "Hər bir siqnal araşdırılacaq"

2
(Yenilənib 22:56 04.06.2020)
"Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik"

BAKI, 4 iyun — Sputnik. "Əlbəttə, “ASAN xidmət”in timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik".

Sputnik Azərbaycan-ın məlumatına görə,  bunu Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında, ASAN könüllüləri ilə görüşündə deyib.

"Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənirlər və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır.

Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb", - Prezident bildirib.

Dövlət başçısı həmçinin ölkə əhalisinin sağlamlığının ən ümdə məsələ olduğuna da diqqət çəkib: "Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir".

2
“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası, arxiv şəkli

Keşikçidağdan xəbər gəldi

17
(Yenilənib 19:21 04.06.2020)
"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb" - DSX

BAKI, 4 iyun — Sputnik. “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nın Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb", - deyə məlumatda qeydə edilir.

17
 İstanbulda epidemioloji vəziyyət

Qardaş ölkədən üzücü xəbər

0
(Yenilənib 23:22 04.06.2020)
Türkiyənin Səhiyyə nazirinin sözlərinə görə, rusiyalı həkimlər Türkiyədə tətbiq olunan COVID-19 müalicəsinin effektiv olduğunu qeyd edirlər

BAKI, 4 iyun — Sputnik. Türkiyədə bir sutka ərzində minədək insanda yeni tip koronavirusa yoluxma faktı aşkarlanıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“Bu gün 988 vətəndaşımızda koronavirus təsbit olundu. Beləliklə, yoluxanların ümumi sayı 167410-a çatdı. Sutka ərzində 21 xəstəmizi itirdik. Ümumilikdə ölənlərin sayı 4630-dur. Bu gün 926, ümumilikdə isə 131778 xəstəmiz sağalıb”, - deyə nazir Twitter-də yazıb.

Qeyd edək ki, Türkiyə Rusiya ilə birlikdə koronavirus əleyhinə vaksin hazırlamaq niyyətindədir. Türkiyənin Səhiyyə nazirinin sözlərinə görə, rusiyalı həkimlər Türkiyədə tətbiq olunan COVID-19 müalicəsinin effektiv olduğunu qeyd edirlər. Ona görə də Rusiya və Türkiyə səhiyyə nazirlikləri ilə əməkdaşlıq edən müəssisələr preparatı birlikdə hazırlayacaqlar.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. Dünyada 6.2 milyondan çox insanı yoluxdüran virusun səbəb oldğu COVID-19 xəstəliyindən 380 mindən çox adam ölüb.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı