Azərbaycanın Baş naziri Novruz Məmmədov

"İlham Əliyev zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə"

99
(Yenilənib 12:15 09.09.2019)
"Birlikdə çalışmalıyıq. Üzdə başqa, ürəkdə başqa cür olmaq düzgün deyil. Bu, bizə yaraşmaz"

BAKI, 9 sentyabr — Sputnik. "Azərbaycanın Baş naziri vəzifəsinə təyinatım gözlənilməz oldu. Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər. Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Hər şey qəfil baş verdi..."

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov "Space" telekanalına müsahibəsində deyib.

Novruz Məmmədov Baş nazir vəzifəsinə təyinatla bağlı məsələnin 2018-ci ilin aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra müzakirə edildiyini bildirib: "Seçkilərdən sonra hamımız məmnunluq içərisində idik. Doğrudan da, seçkilər çox yaxşı keçmişdi. Seçkilərdən sonra Prezident İlham Əliyev dedi ki, sənin Baş nazir vəzifəsinə namizədliyini təklif edirəm. Dövlət başçısı bildirdi ki, bir neçə namizədi var, biri də mənəm. Düzünü deyim, bu söz məni bir qədər rahatlatdı. Bir dəfə də belə söhbətimiz oldu, Prezident mənə dedi ki, fikirləş. Tərəddüddəydim... Düşünürdüm ki, böyük etimaddır, öhdəsindən necə gələcəyəm? Sonra Prezident zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə. Mən də başqa bir söz demədim. Böyük etimaddır, yükümü daha da çoxaldır. Baş nazir vəzifəsinə təyinatımın razılaşdırılması üçün Milli Məclisə getdim, çıxışlar oldu, mən də çıxış etdim. Dedim ki, indiyə qədər mətbuata açıq olmuşam, hamıya danışmışam, bundan sonra işləmək lazımdır".

Baş nazir üzdə başqa, ürəkdə başqa cür olmağın düzgün olmadığını da vurğulayıb: "Azərbaycan müstəqil ölkədir. Bu, həqiqətdir. Dünyada da ən vacib şey həqiqəti bilməkdir. Dövlət başçısı məni hansısa vəzifəyə təyin edirsə, deməli, mənə inanır, düşünür ki, etimadı doğruldacam.

Prezidentin istəyi odur ki, Azərbaycan qüdrətli, müasir dövlətə çevrilsin. Biz bu istiqamətdə möhtəşəm yol keçmişik. Buna baxmayaraq, beynəlxalq aləmdə o qədər mürəkkəb proseslər baş verir ki... Biz öz suverenliyimizi, müstəqilliyimizi, milli maraqlarımızı qorumalıyıq. Bunun üçün də dövlətimizi gücləndirməli, möhkəmləndirməliyik, ölkədə bütün sahələri inkişaf etdirməliyik. Bunu isə bir insan etməli deyil, birlikdə çalışmalıyıq.

Üzdə başqa, ürəkdə başqa cür olmaq düzgün deyil. Bu, bizə yaraşmaz. Hansısa dövlət agentliyinin, xidmətin rəhbəriyəmsə, Vətəni sevərək işləməliyəm".

99
Teqlər:
Milli Məclis, Prezident İlham Əliyev, Novruz Məmmədov, Azərbaycan, Baş nazir
Əlaqədar
Novruz Məmmədov özünü körpüdən atmaq istəyən vətəndaşı necə xilas etdi - TƏFƏRRÜAT
Novruz Məmmədov özünə mətbuat katibi təyin etdi
Novruz Məmmədov yeni qərar verib
Novruz Məmmədov: "Prezident qarşımıza ciddi vəzifələr qoyub"
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

Türkiyə səfirliyindən Azərbaycana Laçın təbriki

13
(Yenilənib 11:22 01.12.2020)
Bu barədə məlumat Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Laçının işğaldan azad edilməsi və Azərbaycan torpaqlarına yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Qarabağ Azərbaycandır!", - deyə məlumatda vurğulanır.

13
Teqlər:
təbrik, Türkiyə, Azərbaycandakı səfirliyi, Laçının azad olunması
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

216
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

216
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Xəstəxana, arxiv şəkli

Azərbaycanda İİV xəstələrinin sayı açıqlandı

0
Bir dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb.

BAKI, 1 dekabr — Sputnik. "1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1 864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1 082 nəfərdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, bu ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib: "484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır".

0