Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Artak Davtyan (mərkəzdə), arxiv şəkli

Erməni generallar Azərbaycana səfərə gəldilər

67
(Yenilənib 18:12 06.09.2019)
Erməni rəsmiləri Qarabağ separatçılarının qondarma "rəhbəri" ilə görüş keçiriblər

BAKI, 6 sentyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərə gəliblər. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, Ermənistan rəsmiləri Qarabağ separatçılarının qondarma "rəhbəri" ilə görüş keçiriblər. Görüşdə ordu quruculuğu və əməkdaşlığa dair məsələlər müzakirə olunub.

67
Teqlər:
hərbi, ordu, Ermənistan, Dağlıq Qarabağ
Əlaqədar
Paşinyan Qarabağ separatçılarına milyonlarla dollar ayırdı
Paşinyan Qarabağdan ötrü "geniş kombinasiya" axtarır
"Azərbaycan xalqı Ermənistanın yürütdüyü anneksiya, anşlüz kimi siyasətdən əziyyət çəkir"
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Zaxarova Paşinyanın bəyanatına münasibət bildirib

İlham Əliyevdən məmurlara sərt mesaj: "Hər bir siqnal araşdırılacaq"

2
(Yenilənib 22:56 04.06.2020)
"Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik"

BAKI, 4 iyun — Sputnik. "Əlbəttə, “ASAN xidmət”in timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik".

Sputnik Azərbaycan-ın məlumatına görə,  bunu Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında, ASAN könüllüləri ilə görüşündə deyib.

"Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənirlər və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır.

Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb", - Prezident bildirib.

Dövlət başçısı həmçinin ölkə əhalisinin sağlamlığının ən ümdə məsələ olduğuna da diqqət çəkib: "Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir".

2
“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası, arxiv şəkli

Keşikçidağdan xəbər gəldi

17
(Yenilənib 19:21 04.06.2020)
"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb" - DSX

BAKI, 4 iyun — Sputnik. “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nın Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb", - deyə məlumatda qeydə edilir.

17
Kənddə gün batımı, arxiv şəkli

Hava koronavirus arasında əlaqə varmı? Akademik izah edir

0
(Yenilənib 22:54 04.06.2020)
Koronavirusun yayılması havadan yox, insanların havaya reaksiyasından asılıdır. Bu barədə rusiyalı akademik Vadim Pokrovski Sputnik radiosuna müsahibəsində deyib.

BAKI, 4 iyun — Sputnik. Yayda istilərin düşməsinin koronavirusun yayılmasına necə təsir edəcəyi məsələsi fəal şəkildə müzakirə olunur. Tez-tez fikir söyləyirlər ki, isti və günəşli havada infeksiya daha zəif yayılır.

Havanın koronavirus infeksiyasının yayılmasına necə təsir göstərə biləcəyi barədə fikirlərini rusiyalı akademik Vadim Pokrovski Sputnik radiosu ilə müsahibəsində bölüşüb.

"Burada hava ilə birbaşa əlaqə yoxdur, amma yağışlı və soyuq havalarda insanlar sıx otaqlarda toplanırlar, yayda isə məsafə saxlayırlar, otaqlarda pəncərələr açıq olur və havalandırma yaxşı olur", - Pokrovski qeyd edib.

"Temperatur yox, insanlar arasında daha az ünsiyyətin olması virusu öldürür. Gözləmək olar ki, damcı hava yolu ilə ötürülən koronavirusun yayılması üçün ən yaxşı şərait payız və qış dövründə yaranacaq",- Pokrovski qeyd edib.

 

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Rusiyada koronavirusa yoluxanların sayı 430 mini keçdi