SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Söhbət zamanı Xəzərin Azərbaycan sektorunda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Şimal-2” elektrik stansiyası - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bakıda "Şimal-2" elektrik stansiyası işə düşdü - FOTO

Sputnik Azərbaycan-ın görüşdə Azərbaycan ilə BP arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, neft və qaz sənayesinin inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndirilməsindəki rolu vurğulanıb, Bakıda və regionlarda böyük infrastruktur layihələrinin reallaşdırıldığının önəmi qeyd edilib.

Sonuncu dəfə 2014-cü ildə Azərbaycana səfər etdiyini deyən BP-nin Direktorlar Şurasının sədri Helqe Lund ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd ediləcəyini vurğulayan qonaq bu layihənin Azərbaycanın inkişafındakı rolunu xüsusi qeyd edib.

Söhbət zamanı Xəzərin Azərbaycan sektorunda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0