SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə vətəndaşları üçün viza ləğv edildi

Abunə olmaq
Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənəcək.

BAKI, 31 avqust — Sputnik. Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.

Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
Azərbaycandan sonra Putindən də viza qərarı

Sputnik Azərbaycan xəbər verir ki, qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi aradan qalırılıb.

Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənəcək.

Həmçinin, Türkiyə Respublikası hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları da viza tələbindən azad edilib.

Qeyd edək ki, iyul ayında Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin Xarici İşlər Nazirliyinə viza tələbinin ləğv olunması ilə bağlı nota ünvanlayıb.

Xəbər lenti
0