Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

"Azərbaycan Ordusunun torpaqlarımızı azad etmək uğrundakı böyük zəfər yürüşü uzaqda deyil"

102
(Yenilənib 12:29 30.08.2019)
Azərbaycan Ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdrətli 50 ordusu sırasına daxil olmasında türkiyəli qardaşlarımızın verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk

BAKI, 30 avqust — Sputnik. Qardaş türk xalqı bu gün özünün tarixi Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün türk xalqını və ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm.

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib: "30 avqust 1922-ci il Türkiyənin işğalçı qüvvələr üzərində əldə etdiyi taleyüklü qələbənin simvoluna çevrilmiş şanlı bir zəfər tarixidir. I Dünya müharibəsinin yekununda düçar olduğu ağır məğlubiyyətin şərtləri altında yaşamamaq, öz dövlətçiliyinin varlığını dünyaya və işğal güclərinə qəbul etdirmək üçün döyüş meydanında ciddi bir zəfər lazım idi. 26 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın komandanlığı altında başladılan “Böyük Taarruz” (“Böyük Hücum”) belə bir zəfəri təmin etdi.

Bu qələbə sübut etdi ki, türk xalqı öz gələcək müqəddəratını işğal güclərinin ona qəbul etdirməyə çalışdıqları şərtlər, coğrafi çərçivə daxilində deyil, özünün müəyyən etdiyi siyasi coğrafiyanın hüdudları daxilində təyin etmək qüdrətindədir. Mustafa Kamal Paşanın sözləri ilə desək, bu qüdrət türk xalqının damarlarından axan nəcib qanda mövcud idi. Bu qələbə hər şeydən əvvəl milli iradənin, kuvayi-milliyeni (milli qüvvələri) bu iradə ətrafında birləşdirərək vətən naminə səfərbər etmə əzminin nümayişi idi.

30 avqust zəfərinin nəticəsi olaraq müasir Türkiyənin siyasi hüdudları, misaqi-milli coğrafiyası cızılmış və türk dövlətçiliyinin yeni - respublika mərhələsi başlanmışdır.

Bizim üçün qürurverici haldır ki, I Dünya müharibəsi illərində də - Çar Rusiyasının tərkibində olduğu zaman, Xalq Cümhuriyyətinin qısa müddətli tarixində də, hətta müstəqilliyin yalnız nisbi atributlarına malik olduğu sovet hakimiyyətinin ilk illərində belə Azərbaycan xalqı qardaş türk xalqından öz köməyini əsirgəməmiş, doğma qardaşlarına gücü çatan maddi və mənəvi yardımı göstərmiş, Osmanlı Ordusunun, sonra isə türk müqavimət hərəkatının sıralarında minlərlə soydaşımız qəhrəmanlıqla döyüşmüş və həlak olmuş, müasir Türkiyənin istiqlalı naminə canlarını fəda etmişlər.

"Heç kimə təəccüblü gəlməsin" - Əli Həsənov>>

Bu mənada 30 avqust bizim üçün həm də xalqlarımızın qardaşlıq, düşmənə qarşı birgə mübarizə əzmini özündə əks etdirən milli yaddaş tarixi olaraq əhəmiyyətlidir.

Biz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan Ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdrətli 50 ordusu sırasına daxil olmasında türkiyəli qardaşlarımızın verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk. Şanlı Ordumuz onun qarşısında qoyulan müqəddəs vəzifəni - işğal altında olan torpaqlarımızın azad edilməsi missiyasını şərəflə yerinə yetirmək gücündə olduğunu 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir.

İnanıram ki, müzəffər Türk Ordusunun 30 avqust 1922-ci ildə “Böyük hücumu” zəfərlə başladığı kimi, Azərbaycan Ordusunun da işğal altındakı torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil!"

102
Teqlər:
Əli Həsənov, Azərbaycan, Türkiyə, ordu, siyasət
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Rəsmi Paris Ankaradan üzr istəməlidir Çavuşoğlu

5
(Yenilənib 21:53 02.07.2020)
Çavuşoğlu qeyd edib ki, Liviyada yalnız Milli Ordunun rəhbəri Xəlifə Haftar sülhün əldə olunmasına cəhd etmir.

BAKI, 2 iyul — Sputnik. Rəsmi Ankara Aralıq dənizində Türkiyənin Fransa gəmisinə qarşı təxribat törətməsinə dair bəyanatla bağlı Parisdən üzrxahlıq gözləyir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu, əsassız iddiadır. Fransa Türkiyədən üzr istəməlidir", - deyə Çavuşoğlu qeyd edib.

O vurğulayıb ki, Liviyada sülhün bərqərar olması üçün Türkiyə Fransa da daxil olmaqla bütün ölkələrlə işləməyə hazırdır.

Çavuşoğlu qeyd edib ki, Liviyada yalnız Milli Ordunun rəhbəri Xəlifə Haftar sülhün əldə olunmasına cəhd etmir.

5
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü

Azərbaycan Prezidenti rusiyalı həmkarını təbrik edib

3
(Yenilənib 15:47 02.07.2020)
Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin bəyənilməsi məsələsinə dair ümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.

BAKI, 2 iyul – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti  Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

“Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin bəyənilməsi məsələsinə dair ümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Səsvermənin yekunları Sizə yüksək etimadı bir daha təsdiq edir, Rusiyanın hüquqi sosial dövlət kimi bundan sonra da inkişafına yönəlmiş kursunuzun xalq tərəfindən güclü dəstəklənməsinə dəlalət edir. Şübhəsiz, yenilənmiş Konstitusiya Rusiya Federasiyasının tarixində keyfiyyətcə yeni mərhələnin başlanmasının rəmzidir. Əminəm ki, Konstitusiya islahatı Rusiyanın artan inkişafına və onun vətəndaşlarının rifahının yüksəlməsinə şərait yaradacaq.

Fürsətdən istifadə edib, Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq ruhunda yüksək səviyyəsini bir daha vurğulamaq istərdim. İnanıram ki, ölkələrimiz arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələri xalqlarımızın rifahı naminə çoxplanlı qarşılıqlı fəaliyyətin genişlənməsi üçün etibarlı təməldir.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və Rusiya dövlətçiliyinin möhkəmləndirilməsi işində yeni uğurlar, dost Rusiya xalqına firavanlıq və əmin-amanlıq arzu edirəm”.

 

3
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

0
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

0
Teqlər:
Günəş, Yunanıstan