Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

"Heç kimə təəccüblü gəlməsin" - Əli Həsənov

24
(Yenilənib 13:14 28.08.2019)
"Sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır"

BAKI, 28 avqust — Sputnik. "Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün şəxsi "Facebook" səhifəsində yazıb: "Tez-tez bu cür suallarla qarşılaşıram: "Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?"

Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi kimi bəyan edirəm ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşımıza qoyulmuş ən ümdə vəzifələrdən biridir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün isə mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır.

Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır.

(Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarekterli çağırışların tirajlanması baxımından da münbit məkandır) Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəccüblü gəlməməlidir. Bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onları narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram".

24
Teqlər:
problemlər, yüksək vəzifəli məmur, sosial şəbəkə
Əlaqədar
Əli Həsənov: "Dövlətin təhlükəsizliyi, milli maraqlar hər şeydən üstündür"
Əli Həsənov: “Mediamızın inkişafı dövlətinin inkişafına tam adekvatdır”
Sahibə Qafarova

Spikerin Rusiya səfərində baş verib - Milli Məclis açıqladı

6
(Yenilənib 19:59 24.09.2020)
Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəflər arasında danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb

BAKI, 24 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdə olub. Bu, Milli Məclisin Sədri kimi Sahibə Qafarovanın Rusiyaya ilk rəsmi səfəridir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, səfərin ilk günü Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Moskvadakı səfirliyinə gələrək burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin barelyefi önünə əklil qoyub.

Sentyabrın 22-də spiker Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb. Kifayət qədər müsbət əhval-ruhiyyədə və maraqlı müzakirələr şəraitində keçən görüşdə xanım Matviyenko bu səfərin yüksək qiymətləndirildiyini vurğulayıb. Görüşdə ikitərəfli münasibətlərin bir çox vacib aspektləri müzakirə olunub. Parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunub.

Daha sonra görüş nümayəndə heyətinin üzvlərinin iştirakı ilə davam etdirilib. Vurğulanıb ki, bu səfər Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından hörmət əlaməti və çox yaxşı niyyətdir. Federasiya Şurasının Sədri Azərbaycanın Rusiya üçün strateji tərəfdaş olduğunu vurğulayaraq, parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynadığını qeyd edib. XXI əsr bəşəriyyətin bəlası olan COVID-19-la mübarizədə Azərbaycanın atdığı addımlar yüksək qiymətləndirilərək, bu sahədə ölkəmizin Rusiyaya verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək bu səfərin və keçiriləcək görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərarası münasibətlərinə yeni impuls verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, iki ölkə arasındakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərləri mühüm rol oynayır.

İki ölkə arasında humanitar və mədəni sahələrdə münasibətlərdən danışan Sahibə Qafarova qeyd edib ki, bu əlaqələr heç də iqtisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin Sədri iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük töhfələr verdiyini xatırladıb. Bildirib ki, Prezident Vladimir Putin iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyevanı 2019-cu ilin noyabrında "Dostluq" ordeni ilə təltif edib.

Sentyabrın 23-də Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının payız sessiyasının açılışında çıxış edib. Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycan Milli Məclisinin Sədri Federal Məclisin Federasiya Şurasında çıxış edib.

Milli Məclisin Sədri çıxışında Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən bəhs edib, iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan ilə Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənəd imzalanıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir.

Daha sonra Milli Məclisin Sədri Federasiya Şurasının yüksək tribunasından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək diqqətə çatdırıb ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti quruldu. Bir il sonra isə - 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi "təhvil verilməsi" deyil, "saxlanılması" haqqında. 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini mənsubiyyətinə görə sıxışdırılmamışdı.

 Dövlət Dumasının Sədri Vyaçeslav Volodin
© Photo : The State Duma of the Russian Federation

Milli Məclisin Sədri təəssüflə qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi.

Ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur.

Sahibə Qafarova Ermənistanın son təxribatına diqqət çəkərək bildirib ki, bu hadisə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir.

Parlamentin Sədri bildirib ki, Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır. O, münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini qeyd edərək Azərbaycan xalqının tarixi torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyini vurğulayıb.

Parlament nümayəndə heyəti həmin gün Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskva şəhərinin "Aleksandr" bağına gələrək burada "Naməlum əsgər" məzarının önünə əklil qoyub.

Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
© Photo : Press service of the Federation Council of the Federal Assembly of the Russian Federation

Milli Məclisin nümayəndə heyəti növbəti görüşünü sentyabrın 23-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla keçirib. Cənab Lavrov Azərbaycan nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaradılması üzərində iş, onların mahiyyəti barədə ətraflı məlumat verib. O, eyni zamanda, Rusiya tərəfinin ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyini bir daha dilə gətirərək deyib ki, Rusiya münaqişənin sülh yolu ilə danışıqlar vasitəsilə həllini dəstəkləyir. O, ölkəsinin əvvəllər əldə olunmuş razılaşmalar əsasında qarşılıqlı məqbul həll yolunun axtarışını təşviq etməyə davam etdiyini bildirib. Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəflər arasında danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Görüşdə deputatlarla nazir arasında hərtərəfli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb. Cənab Volodin də iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışaraq ölkələrimiz və parlametlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasını qeyd edib. Görüşdə tərəflər arasında əlaqələrin daha da inkişafı üçün geniş fikir mübadiləsi aparılıb. Milli Məclisin Sədri Sahibə Qafarova Vyaçeslav Volodini Azərbaycana səfərə dəvət edib və bu dəvət qəbul olunub. Həmin səfər zamanı müvafiq yüksək səviyyəli komissiyanın yaradılması barədə razılıq əldə olunub.

Bununla da Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.

6
Əlaqədar
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Rusiya Dumasının sədri Azərbaycana gələcək
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Televizor

İctimai televiziya XX yüzilliyə səyahət təklif edir

5
(Yenilənib 19:59 24.09.2020)
Layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında sözügedən şəxsiyyətləri və onların gördüyü işləri işıqlandıracaq

BAKI, 24 sentyabr — Sputnik. "İctimai TV"nin efirində bu gündən etibarən möhtəşəm layihəyə start verilir. Layihənin rəhbəri bir çox sənədli filmlərin ssenari müəllifi, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. Layihə rəhbərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında həmin dövrün şəxsiyyətləri və onların gördüyü işləri işıqlandıracaq:

"Bir ildən çoxdur ki, "İctimai TV"nin rəhbərliyi ilə birlikdə bu layihə üzərində çalışırıq. "XX Yüzillik" adlanan layihədə 1901-ci ildən indiki dövrədək Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdən bəhs olunacaq. Sənədli verilişdə 1901-ci ildə yaşamış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs olunacaq".

M.Həsənli əlavə edib ki, həftədə bir dəfə yayımlanacaq sənədli verilişdə hansı tarixi şəxsdən bəhs ediləcəksə, o, ancaq tarixi faktlara, arxiv sənədlərinə əsaslanacaq. Tarixi şəxsiyyətlərin atdığı addımlar, gördüyü işlər ictimaiyyətə çatdırılacaq.

"Bilirsiniz ki, XX əsrin əvvəlləri ilə bağlı çoxlu şayiələr, əfsanələr var. İstər həmin dövrdə baş vermiş hadisələr, istər həmin dövrdə yaşamış və fəaliyyət göstərmiş şəxsiyyətlər, istərsə də tarixi abidələr haqqında müxtəlif miflər yaranıb. Məsələn, belə şayiə var ki, Bakıya Şollar suyu Hacı Zeynalabdin Tağıyevin pulu ilə çəkilib. Amma arxiv sənədləri göstərir ki, bu, yanlışdır. Şollar suyunu Tağıyev çəkməyib. Biz bununla Tağıyevin xidmətlərini azaltmaq fikrində deyilik. Əksinə, yeri gəldikcə, Tağıyevin gördüyü xeyirxah işlər barədə silsilə boyu danışılacaq", - deyə layihənini rəhbəri bildirib. 

Qeyd edək ki, "XX Yüzillik" adlı sənədli verilişin ilk buraxılışı bu gün saat 22:00-da yayımlanacaq.

5
Pandemiya zamanı imtahan

Yüksək bal topladılar, üfüqdə ali məktəb görünürmü?

0
(Yenilənib 20:05 24.09.2020)
IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan abituriyentlərin sayı isə səkkiz nəfərdir. Həmin şəxslər də ikinci mərhələdə iştirak edə bilərlər".

BAKI, 24 sentyabr — Sputnik. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanları zamanı yüksək bal toplayıb universitetə daxil olmayan abituriyentlərin sayını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, M.Abbaszadənin sözlərinə görəə, I ixtisas qrupu üzrə 4 nəfər 400 baldan yuxarı nəticə göstərsə də, ali məktəbə qəbul ola bilməyib: "II ixtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. lll ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir.

Onun ali məktəbə qəbul ola bilməməyinin səbəbi budur ki, abituriyent yalnız bir ödənişsiz ixtisas yazıb. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan abituriyentlərin sayı isə səkkiz nəfərdir. Həmin şəxslər də ikinci mərhələdə iştirak edə bilərlər".

0
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası
Əlaqədar
Ali məktəblərə qəbul şərtləri dəyişməyəcək - DİM-dən rəsmi açıqlama
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Ali məktəblərə qəbulun nəticələri açıqlandı