Xarici İşlər Nazirliyinin binası

XİN Mnatsakanyana cavab verdi: Səbrimiz tükənməz deyil

31
(Yenilənib 23:25 27.08.2019)
Ermənistan Xarici İşlər Nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması, Z.Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır

BAKI, 27 avqust – Sputnik. Avqustun 27-də Ermənistan Respublikasının Xarici İşlər naziri bu ölkə XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirib".

Bunu Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.

"Bununla əlaqədar bir daha vurğulamaq istərdik ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaqdır. Bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir. "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır. Dinc nizamlanma çərçivəsində konkret addımlar isə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülüb və bu ilin 9 mart tarixli son bəyanatları da daxil olmaqla həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib.

Beynəlxalq miqyasda tanınmış multikultural cəmiyyətə sahib olan, çoxlu sayda müxtəlif etnik qrupların vətəni olan Azərbaycan dövləti, bütün əzəli azərbaycanlı əhalini hal-hazırda bu ölkənin yerləşdiyi ata-baba torpaqlarından qovan və üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində ən ifrat təzahürü Xocalı faciəsi olan dəhşətli etnik təmizləmə həyata keçirən monoetnik Ermənistanla heç bir müqayisəyə gələ bilməz.

Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının hüquqları kütləvi şəkildə pozulub. Yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaqdır.

Ermənistan Xarici İşlər Nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması, Z.Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.

Ermənistan artıq müəyyən etməlidir, o sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəsüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-quo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil", XİN-dən bildirilib.

31
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Rəsmi Paris Ankaradan üzr istəməlidir Çavuşoğlu

5
(Yenilənib 21:53 02.07.2020)
Çavuşoğlu qeyd edib ki, Liviyada yalnız Milli Ordunun rəhbəri Xəlifə Haftar sülhün əldə olunmasına cəhd etmir.

BAKI, 2 iyul — Sputnik. Rəsmi Ankara Aralıq dənizində Türkiyənin Fransa gəmisinə qarşı təxribat törətməsinə dair bəyanatla bağlı Parisdən üzrxahlıq gözləyir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu, əsassız iddiadır. Fransa Türkiyədən üzr istəməlidir", - deyə Çavuşoğlu qeyd edib.

O vurğulayıb ki, Liviyada sülhün bərqərar olması üçün Türkiyə Fransa da daxil olmaqla bütün ölkələrlə işləməyə hazırdır.

Çavuşoğlu qeyd edib ki, Liviyada yalnız Milli Ordunun rəhbəri Xəlifə Haftar sülhün əldə olunmasına cəhd etmir.

5
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü

Azərbaycan Prezidenti rusiyalı həmkarını təbrik edib

4
(Yenilənib 15:47 02.07.2020)
Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin bəyənilməsi məsələsinə dair ümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.

BAKI, 2 iyul – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti  Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

“Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin bəyənilməsi məsələsinə dair ümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Səsvermənin yekunları Sizə yüksək etimadı bir daha təsdiq edir, Rusiyanın hüquqi sosial dövlət kimi bundan sonra da inkişafına yönəlmiş kursunuzun xalq tərəfindən güclü dəstəklənməsinə dəlalət edir. Şübhəsiz, yenilənmiş Konstitusiya Rusiya Federasiyasının tarixində keyfiyyətcə yeni mərhələnin başlanmasının rəmzidir. Əminəm ki, Konstitusiya islahatı Rusiyanın artan inkişafına və onun vətəndaşlarının rifahının yüksəlməsinə şərait yaradacaq.

Fürsətdən istifadə edib, Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq ruhunda yüksək səviyyəsini bir daha vurğulamaq istərdim. İnanıram ki, ölkələrimiz arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələri xalqlarımızın rifahı naminə çoxplanlı qarşılıqlı fəaliyyətin genişlənməsi üçün etibarlı təməldir.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və Rusiya dövlətçiliyinin möhkəmləndirilməsi işində yeni uğurlar, dost Rusiya xalqına firavanlıq və əmin-amanlıq arzu edirəm”.

 

4
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

0
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

0
Teqlər:
Günəş, Yunanıstan