Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva

Putinlə Medvedev Mehriban Əliyevanı təbrik etdilər

34
(Yenilənib 15:57 26.08.2019)
"Dost Azərbaycanın qarşısında duran irimiqyaslı sosial-iqtisadi vəzifələrin həllində Sizin mühüm rolunuzu xüsusi qeyd etmək istəyirəm"

BAKI, 26 avqust — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan bildirir ki, məktubda deyilir: "Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz yüksək dövlət vəzifələrində çoxillik fəaliyyətinizlə həmvətənləriniz arasında layiq olduğunuz hörmət və böyük beynəlxalq nüfuz qazanmısınız.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü
© Official website of President of Azerbaijan Republic

Sizi Rusiyanın böyük dostu, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin prinsipial tərəfdarı kimi tanıyırıq. Əminəm ki, bu münasibətlər Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğun olaraq bundan sonra da məhsuldar şəkildə inkişaf edəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram. Ailənizə səmimi salamımı çatdırmağı xahiş edirəm".

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev də Azərbaycanın birinci xanımına təbrik ünvanlayıb: "Ad gününüz münasibətilə Sizə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Dost Azərbaycanın qarşısında duran irimiqyaslı sosial-iqtisadi vəzifələrin həllində Sizin mühüm rolunuzu xüsusi qeyd etmək istəyirəm. BMT-nin və UNESCO-nun xətti ilə böyük beynəlxalq mədəni və humanitar təşəbbüslərin həyata keçirilməsində Sizin fəal iştirakınız hörmət hissi doğurur.

Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm">>

Rusiya Federasiyasının yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyiniz Sizin Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizin təsdiqidir. Əminəm ki, çoxplanlı əməkdaşlığın gələcək inkişafı, bundan sonra da müxtəlif sahələrdə perspektivli birgə layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın maraqlarına tamamilə cavab verir.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram.

34
Teqlər:
təbrik məktubu, Dmitri Medvedev, Vladimir Putin, birinci vitse-prezident, Mehriban Əliyeva
Əlaqədar
Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
"Qrafikdən asılıdır": Putin şəxsən ordeni Mehriban Əliyevaya təqdim edə bilər
Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı verib
Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Luici Di Maio ilə Qarabağı müzakirə etdi

6
(Yenilənib 11:05 27.11.2020)
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

6
Teqlər:
müzakirə, nazir, İtaliya, Ceyhun Bayramov, Azərbaycan XİN
Əfqanıstan bayrağı, arxiv şəkli

Əfqanıstanla əməkdaşlığı necə genişləndirməli - Ceyhun Bayramov əfqan həmkarına zəng edib

13
Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstanın Xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər.

9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

13
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0