Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu

Azərbaycan Rusiyaya nota verdi

711
(Yenilənib 22:35 14.08.2019)
Səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən imtina edib.

Bakı, 14 avqust - Sputnik. Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.

Sputnik Azərbycan bildirir ki, bu barədə  Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb.

Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.

Bununla bağlı S.Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb.

Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

711
DSX-nın general-leytenantı Azad Ələkbərov və ədliyyə general mayoru Rasim Kazımov Qazax əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşüblər

DSX Hərbi Prokurorluq birgə məlumat yayıb

9
(Yenilənib 13:10 04.06.2020)
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilib.

BAKI, 4 iyun — Sputnik. Dövlət Sərhəd Xidmə­ti və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb.

Bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general mayoru Rasim Kazımovun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.

© State Border Service of Azerbaijan Republic.
DSX-nın general-leytenantı Azad Ələkbərov və ədliyyə general mayoru Rasim Kazımov "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşüblər

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib.

© State Border Service of Azerbaijan Republic.
DSX-nın general-leytenantı Azad Ələkbərov və ədliyyə general mayoru Rasim Kazımov "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşüblər

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə müşavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

9
Əlaqədar
Qarabağın azərbaycanlı icması: Erməni icmasını dialoqa dəvət edirik
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir
Cəbhədə son durum: müxtəlif istiqamətlərdən atırlar
Pulemyot lenti, arxiv şəkli

Cəbhədə son durum: müxtəlif istiqamətlərdən atırlar

8
(Yenilənib 09:46 04.06.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

BAKI, 4 iyun — Sputnik. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

 

 

8
Əlaqədar
MN: "Bu hərəkətin qarşısı güc tətbiq edilməklə dərhal alınacaq"
Ermənistan ordusu yenə dinclik vermir
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
Qarabağın azərbaycanlı icması: Erməni icmasını dialoqa dəvət edirik
Bankomat qarşısında insanlar, arxiv şəkli

Növbədə gözləmə qaydaları açıqlandı

0
Tövsiyə olunur ki, evə qayıtdıqdan sonra əllərinizi su və sabunla yuyub, yaxud da spirt əsaslı məhlulla dezinfeksiya edəsiniz

BAKI, 4 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün növbədə gözləmə qaydalarını açıqlayıb. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, növbədə gözləyərkən digərləri ilə fiziki məsafə saxlanmalı, maska taxılmalı və əllə üzə toxunulmamalıdır. Mümkündürsə, istifadə etdiyiniz plastik kartı dezinfeksiyaedici nəm salfetlə silin. Evə qayıtdıqdan sonra əllərinizi su və sabunla yuyun və ya spirt əsaslı məhlulla dezinfeksiya edin.

0