XİN

Üç Ukrayna vətəndaşı Azərbaycandan xahiş etdi

22
(Yenilənib 19:06 09.08.2019)
Onlar gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəklərinə dair zəmanət veriblər

BAKI, 9 avqust — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Milli Rəqs Liqası Federasiyasının (FNDL) idarə heyətinin üzvü, Gennadi Xavkin, habelə Federasiyanın daha iki üzvü İqor Yaremenko və Timofey Çernenkonun adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na salınmamasına dair məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, XİN Mətbuat Xidməti idarəsinin məlumatında bildirilib ki, adəçəkilən Ukrayna vətəndaşları Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək, adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na salınmamasını xahiş ediblər.

Məktubda FNLD-nin prezidenti Marina Kurbanaliyeva və Federasiyanın yuxarıda adları qeyd olunan üzvləri səfərlə əlaqədar təəssüf hissi keçirdiklərini ifadə edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiklərini, habelə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilməyərəkdən səfər etdiklərini qeyd ediblər. Sözügedən şəxslər, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəklərinə dair zəmanət veriblər.

Gennadi Xavkin, İqor Yaremenko və Timofey Çernenkonun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onların adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na salınmamasına dair qərar qəbul edilib.

22
Teqlər:
Dağlıq Qarabağ, Ukrayna, Azərbaycan, XİN