Azərbaycan Xarici İşlər Nazirliyinin binası

Azərbaycan Avstraliyaya nota verdi

155
Xarici İşlər naziri Elmar Məmmədyarov Avstraliyalı həmkarı Maris Peynə rəsmi məktub ünvanlayıb

BAKI, 3 avqust — Sputnik. XİN Avstraliyalı rəsmilərin Qarabağ separatçıları ilə görüşməsinə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “nümayəndələri” ilə görüşməsinə dair KİV-in sualını cavablandırıb.

Sputnik Azərbaycan bildirir ki, L.Abdullayeva deyib:

"Məlumat verdiyimiz kimi, son günlərdə Avstraliyanın erməni diaspor təşkilatlarının ölkəmizin işğal edilmiş ərazilərindəki separatçı rejimi təşviq edən fəaliyyəti, eləcə də Avstraliyanın erməni mənşəli rəsmisinin bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyi ciddi şəkildə məşğul olaraq bir sıra tədbirlər görüb. Belə ki, ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili tərəfindən Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edilib. Eləcə də Avstraliyanın ölkəmizdəki səfiri ilə Xarici İşlər Naziliyində görüş keçirilərək rəsmi etirazımız Avstraliya səfirinin diqqətinə çatdırılıb. Buna cavab olaraq, Avstraliya XİN-də Azərbaycanın müvəqqəti işlər vəkili ilə keçirilmiş görüş zamanı Avstraliya Federal Hökumətinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyinin dəyişməz olduğu bir daha vurğulanıb. Qarşı tərəf qondarma rejimin “nümayəndələri”nin ermənilər tərəfindən təqdim edilən statusunun rəsmi Kanberra tərəfindən tanınmadığını və onların bu səfərinin şəxsi xarakter daşıdığını söyləyib.

Rəsmi Moskva Ermənistanla Azərbaycana çağırış etdi>>

Əlavə olaraq, Xarici İşlər naziri Elmar Məmmədyarov Avstraliyalı həmkarı Maris Peynə rəsmi məktubu ünvanlayıb. Məktubunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinə, o cümlədən BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsi və beynəlxalq təşkilatların çoxsaylı digər qərar və qətnamələrə istinad edən nazir Elmar Məmmədyarov, Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın hərbi işğal altında olan ərazilərindəki qanunsuz rejimin təşviqinə xidmət edən addımlarının Avstraliya Federal Hökumətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil etdiyini vurğulayıb və qanunsuz separatçı rejimlərə münasibətdə tanınmış beynəlxalq təcrübəyə uyğun olmayan bu kimi addımların beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olduğunu həmkarının diqqətinə çatdırıb".

155
Teqlər:
Xarici İşlər Nazirliyi, nota, etiraz, Azərbaycan, Qarabağ
Dövlət sərhədi, arxiv şəkli

Sərhədlərimiz bir müddət bağlı qalacaq

57
(Yenilənib 17:23 29.05.2020)
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan  ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadılıb

BAKI, 29 may — Sputnik. Azərbaycan dövlət sərhədinin bağlanması müddəti iyunun 15-dək uzadılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan  ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb.

57
Milli Məclisin Sədri Sahibə Qafarova, arxiv şəkli

Azərbaycan Türkiyə parlament sədrləri telefonla danışdılar

6
(Yenilənib 14:17 29.05.2020)
M.Şentop həm öz, həm də TBMM üzvləri adından Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib

BAKI, 29 may — Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Parlamentinin Mətbuat Xidmətindən məlumat verilib.

M.Şentop həm öz, həm də TBMM üzvləri adından Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.

S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın "bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.

6
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Vəssalam. Tramp bütün əlaqələri kəsdi

0
(Yenilənib 23:22 29.05.2020)
Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək

BAKI, 29 may — Sputnik. Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətlərini kəsdiyini deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Amerika lideri qərarını onunla əsaslandırıb ki, ÜST Vaşinqtonun tələb etdiyi islahatları yerinə yetirməkdən imtina edib.

Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək.

Xatırladaq ki, hələ aprelin 14-də Tramp bəyan etmişdi ki,  ki, Vaşinqton ÜST-ün maliyyələşdirilməsini dayandırır. Onun sözlərinə görə, təşkilat koronavirus haqda məlumatları vaxtında çatdırmayıb, eləcə də həqiqəti dünya ictimaiyyətinə açıqlamayıb.

0
Əlaqədar
"ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox"
"Strateji səhv". Ruhani ABŞ-ın ÜST-ə dair qərarını şərh etdi
ABŞ və Çin dünya iqtisadiyyatını məhv etməyə hazırlaşırlar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Tramp ÜST-ə şərt qoydu: "ya mən dediyimi edin, ya da..."