SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Əhmədov: "Kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir"

© Sputnik / Murad OrujovƏli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini
Əli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini  - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzi hallarda Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar"

BAKI, 22 iyul — Sputnik. "Azərbaycan inkişaf edir. Ölkədə bütün sahələrdə inkişaf özünü göstərir. İnsanların rifah halının yaxşılaşdırılması üçün hökumət mütəmadi addımlar atır, minimum pensiya, əməkhaqqı artırılır. Azərbaycanda sabitlik, əmin-amanlıq ən mühüm amillərdən biridir".

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Maaşlar qalxdı, sevinənlər azaldı - sosial sığorta ödənişi üçün ədalətli çözüm aranır

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-da jurnalistləri mükafatlandırma mərasimində deyib.

Baş Nazirin müavini qeyd edib ki, dünyada müşahidə edilən təlatümlər, qarşıdurmalar, münaqişələr fonunda Azərbaycandakı sabitlik, insanların təhlükəsizliyi ölkənin üstünlüklərindən biridir: "Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıqla qarşılaşmırlar. Azərbaycan dünya birliyində mövqeyini möhkəmləndirir. Azərbaycan böyük beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkəmiz mövcud resurslarından səmərəli istifadə etməklə dünya birliyinə daha sürətlə inteqrasiya etmək imkanı əldə edir. Bəzi hallarda Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar. Biz buna təəssüf edirik. Aparılan kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir".

Xəbər lenti
0