Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров

Məmmədyarov Avropa komissarı ilə Qarabağı müzakirə etdi

10
(Yenilənib 19:02 11.07.2019)
Nazir substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barəsində qonağı məlumatlandırıb

BAKI, 11 iyul — Sputnik. Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Məmmədyarov Avropa Şurasının yeni Baş katibinin seçilməsi məsələsini qeyd edərək, rəsmi Bakının təşkilatın yeni rəhbəri ilə işləməyə hazır olduğunu bildirib.

Bakıya səfəri çərçivəsində müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqəsinə baş çəkdiyini diqqətə çatdıran D.Miyatoviç səfər proqramının təşkili üçün Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

Azərbaycana səfərinin əsas məqsədlərindən birinin məcburi köçkünlərin insan hüquqları olduğunu qeyd edən Komissar, azərbaycanlı məcburi köçkünlərlə görüşdüyünü bildirib və onların ləyaqətli yaşamaları üçün Azərbaycan Hökuməti tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.

Öz növbəsində, E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşlər, eləcə də substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barəsində məlumat verib.

Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq və narahatlıq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.

10
Teqlər:
siyasət, Elmar Məmmədyarov, Qarabağ
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

XİN: Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur

13
Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin prinsipial mövqeyi bəllidir

BAKI, 4 iyul - Sputnik. İşğalçı Ermənistanın Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qeyri-qanuni rejimin qondarma “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar və ilhaqçı siyasətinin növbəti bariz nümunəsidir. Ermənistan rəhbərliyinin bu kimi addımları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma və coğrafi adların dəyişdirilməsi də daxil olmaqla həyata keçirilən qeyri-qanuni fəaliyyət işğalın möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası XİN Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva Sputnik Azərbaycan-ın Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanın işğal altındakı Dağlıq Qarabağa səfəri barədə sorğusuna cavab verərkən bu sözləri deyib.

Onun sözlərinə görə, "əlaltı rejimlə görüş keçirməklə bu qondarma qurumu sanki münaqişə tərəfi kimi qələmə verməyə çalışan Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur. Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin prinsipial mövqeyi bəllidir".

Danışıqların formatına gəldikdə isə, 1992-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların tərəfləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycandır. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü bərpa ediləcək və torpaqlarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə geri dönüşü təmin olunacaq.

Xatırladırıq ki, Minsk Qrupu həmsədrlərinin münaqişənin mərhələli həllinə əsaslanan təkliflərinin mahiyyətini məhz Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması təşkil edir.

13
Türkiyə Parlamenti, arxiv şəkli

Türkiyə Parlamenti özünə yeni sədr seçəcək

7
Türkiyə qanunvericiliyinə əsasən Türkiyə parlamentində bir çağırış dönəmində iki dəfə sədr vəzifəsinə seçki olur.

BAKI, 4 iyul — Sputnik. Türkiyə Parlamentinə yeni sədr seçiləcək. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, parlament sədri Mustafa Şentopun səlahiyyət müddətinin bitməsi ilə bağlı keçiriləcək seçkidə iştirak etmək üçün 5 nəfər öz namizədliyini irəli sürüb.

Namizədlər iyulun 6-dək sədr vəzifəsinə namizədliyini irəli sürməlidir.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən Türkiyə parlamentində bir çağırış dönəmində iki dəfə sədr vəzifəsinə seçki olur. Seçkilər gizli səsvermə yolu ilə keçirilir. Seçkilərin birinci və ikinci turunda namizəd millət vəkillərinin 2/3-ünün səsini toplamalıdır. Sədr seçilməyəcəyi təqdirdə isə üçüncü turda 301 səsi toplayan namizəd qalib elan olunacaq. Bu baş verməzsə isə dördüncü turda iki ən çox səs toplayan namizəd yarışacaq və ən çox səs toplayan şəxs qalib gələcək.

7

Yevlaxda baba dəryazla 13 yaşlı nəvəsinin ayağını kəsib

0
Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Vəkirov xəstəxanaya yerləşdirilib.

BAKI, 5 iyul - Sputnik. Yevlaxda bədbəxt hadisə baş verib.

Belə ki, baba ot kəsən mexaniki dəryazla ehtiyatsızlıqdan nəvəsinin ayağını kəsib. 

APA-nın məlumatına görə, hadisə Əkşəm kəndində qeydə alınıb. 

Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Vəkirov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı klinikalardan birinə göndərilib.

0