SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Beynəlxalq qurum azərbaycanlı millət vəkilinə böyük etimad göstərib

© Sputnik / Eldar TanriverdiyevAzərbaycanın ATƏT PA-da nümayəndə heyətin rəhbəri Azay Quliyev
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətin rəhbəri Azay Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Lüksemburqda keçirilən ATƏT PA-nın 28-ci illik sessiyasının yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib

BAKI, 8 iyul — Sputnik. Bu gün Lüksemburqda keçirilən ATƏT PA-nın 28-ci illik sessiyasının yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib.

Sputnik Azərbaycan ATƏT PA-nın Facebook səhifəsinə istinadla xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə 2022-ci ilədək bu vəzifəyə seçilib.

Azay Quliyevlə yanaşı Rumıniyadan olan deputat Viktor Pol Dobre və Portuqaliyalı parlamentari Nilza de Sena da ATƏT PA-nın vitse-prezidentləri seçiliblər. Gürcüstanlı parlamentari Georgi Sereteli isə yenidən bir il müddətinə ATƏT PA-nın prezidenti seçilib.

Qeyd edək ki, Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri (2008-ci ildən), Milli Məclisin III[1], IV və V çağırış deputatıdır. O, 2013-2016-cı illərdə ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, 2016-cı ildən indiyədək isə ATƏT PA-nın vitse-prezidenti olub. Azay Quliyev ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəldiyi üçün, ATƏT PA üzvlərinin etimadını qazanıb.

 

Xəbər lenti
0