Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

Zaxarova Qarabağdan danışdı: “Mövqeyimiz dəyişməyib”

43
(Yenilənib 19:13 04.07.2019)
“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməyib və dəyişə də bilməz. Mövqeyimiz həmişə tarazlı və ölçülü-biçili olub”

BAKI, 4 iyul — Sputnik. “Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Ermənistan – Qarabağ strateji birliyi” forumunun təşkilat komitəsi üzvlərilə görüşü siyasi məqsədlər daşımır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Ölkənin ən köhnə siyasi partiyalarından “Daşnaksütyun” rəhbərlərilə görüş keçirilib. Bu görüşün və söhbətlərin də erməni tərəfinin təşəbbüsü ilə keçirildiyini söyləyə bilərəm. Orada bir çox məsələlər müzakirə olundu. Başlıca olmasa da, Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Partiya rəhbərliyi ilə birgə “Ermənistan – Qarabağ strateji birliyi” forumunun nümayəndələrinin də görüşə gələcəyinə diplomatlarımız hazır deyildi”, – Rusiya rəsmisi qeyd edib.

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməyib və dəyişə də bilməz. Mövqeyimiz həmişə tarazlı və ölçülü-biçili olub”, - deyən XİN sözçüsü görüşə dair Azərbaycan tərəfini məhz bu səpkidə məlumatlandırdıqlarını da diqqətə çatdırıb.

43
ABŞ bayrağı, arxiv şəkli

ABŞ Azərbaycan–Ermənistan sərhədində baş verənlərə münasibət bildirdi

5
(Yenilənib 10:55 14.07.2020)
ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə substantiv danışıqlara başlamaq çağırışlarına qoşulur.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş zorakılığı qəti şəkildə pisləyir. Biz tərəfləri dərhal güc tətbiqini dayandırmağa, mövcud birbaşa əlaqələrdən istifadə etməyə və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortequs bildirilib.

Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla nizamlanmasına kömək etməkdə qətiyyətli olaraq qalır: "Biz bu hədəfin nailiyyətinə yönəldilmiş səylərdə fəal iştirak etməyə davam edəcəyik. ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə substantiv danışıqlara başlamaq çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verən kimi ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir".

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

5
Antoniu Quterreş, arxiv şəkli

BMT Baş katibi Azərbaycan Ermənistana müraciət etdi  

145
(Yenilənib 09:36 14.07.2020)
Antonio Quterreş tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırıb

BAKI, 14 iyul – Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

“Baş katib hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır və iştirak edən tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırır”, - məlumatda belə deyilir.

145
Neft, arxiv şəkli

Azərbaycan nefti neçəyədir?

0
(Yenilənib 11:24 14.07.2020)
"Brent" markalı neftin qiyməti 0,61 dollar geriləyərək 42,11 dollar, "Light" markalı neftin qiyməti isə 0,66 dollar ucuzlaşaraq 39,44 dollar olub.

BAKI, 14 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,35 dollar artaraq 44,52 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,61 dollar geriləyərək 42,11 dollar, "Light" markalı neftin qiyməti isə 0,66 dollar ucuzlaşaraq 39,44 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0