Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

Azərbaycan XİN iddialara münasibət bildirib

46
(Yenilənib 22:53 03.07.2019)
XİN UNESCO-nun Bakı sessiyasında Ermənistana təhlükəsizlik zəmanətinin verilməməsi ilə bağlı iddialara münasibət bildirib

BAKI, 3 iyul - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) UNESCO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsinə dair iddialara münasibət bildirib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, hazırkı sessiyanın təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və UNESCO arasında müvafiq saziş imzalanıb.

Onun sözlərinə görə, qeyd olunan sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilatı məsələlər öz əskini tapıb.

L. Abdullayeva qeyd edib ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən UNESCO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər: “Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyildir. Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və proseduraları haqda məlumatlı deyilsə, o zaman onlar bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə UNESCO Katibliyinə müraciət etmələri yaxşı olardı”. 

46
Ermənistanın Baş naziri Nikol Paşinyan, arxiv şəkli

Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"

1061
(Yenilənib 14:06 14.08.2020)
"Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişində qonaq olub. Sputnik Azərbaycan xəbər verir ki, erməni nazir verilişin aparıcısı Stiven Sakurun suallarına cavab verməyə çətinlik çəkib.

Ermənistan Baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən verilişin aparıcısı Stiven Sakur Paşinyana irad bildirərək qeyd edib: "Niyə ötən ilin avqustunda siz Dağlıq Qarabağa, Stepanakertə (Xankəndi – red.) gedərək çıxışınızda "Artsax (Oranı siz belə adlandırsınız) Ermənistandır. Nöqtə", daha sonra isə "birləşmə"yə dair millətçi şüarlar səsləndirdiniz. Bu Azərbaycana qarşı açıq təxribat idi".

Aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyan "Artsax" adının bir neçə min il yaşı olması barədə sayıqlamağa çalışıb. Bu dəfə də Ermənistanın Baş nazirinin sözünü kəsən aparıcı Stiven Sukar: "Biz sizin tarixinizin minilliklərinə nəzər yetirə bilmərik, amma biz bu günümüzün reallığına nəzər yetirə bilərik deyib".

"Sizin də yaxşı bildiyiniz kimi, BMT Baş Assambleyası qətnamə qəbul edib və bu qətnamə bütün Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan Respublikasının işğal altında olan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçı qoşunlardır. Siz isə oraya gedib deyirsiniz ki, bu ərazi sizindir. Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz", - Stiven Sukar söyləyib.

Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb.

"Hardtalk" verilişinin aparıcısı daha sonra Ermənistan Baş nazirinin hakimiyyətə gəldiyi vaxt sülh nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb: "Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmını?"

Bu suala cavab tapmayan Paşinyan sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.

Verilişin aparıcısı Paşinyana "münaqişə məsələsində Ermənistanın millətçilik mövqeyində, təqdim etdiyi strategiyada, açığını desək, əhəmiyyətli sülh elementinin olmadığını bildirib: "Siz öz sələfləriniz kimi görünürsünüz, siz fərqli görünmürsünüz. Erməni xalqı üçün xüsusi əhəmiyyətə malik bu məsələdə masaya başqa bir şey qoymağınızın sübutu hanı?"

Ermənistan Baş naziri isə bu suala cavabında ölkəsinin guya millətçilik mövqeyindən çıxış etmədiyini qeyd edib.

Stiven Sukar Paşinyana xatırladıb ki, hakimiyyətə hüquq müdafiəçisi kimi jurnalist karyerasından gəlib və hətta bir müddət siyasi məhbus kimi həbsxanada da olub: "Siz insan haqlarının da qeydinə qalırsınız. Mənə maraqlıdır, Azərbaycana müraciət edib və öz sələflərinizdən fərqli olduğunuzu göstərə bilərsiniz? İndi siz ötən əsrin 80-ci illərin sonlarında, 90-cı illərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın daxilində insan haqlarının pozulması ilə bağlı bir sıra ciddi hərbi cinayətlər törətdiyini deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətlərin kataloqunu formalaşdırıb. Siz indi onları tanımağa və daha artığı - buna görə üzr istəməyə hazırınızmı?"

Paşinyan bu suala cavab verməkdən yayınıb.

"Hardtalk" verilinin aparıcısı yenidən Paşinyandan soruşub: "Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Bundan sonra Paşinyan yenə sualdan yayınmağa çalışanda aparıcı onun sözünü kəsərək qeyd edib: "Aydındır ki, siz "üzr istəyirəm" deməyəcəksiniz".

Daha sonra isə BBC-nin aparıcısı qeyd edib: "Mənə sadəcə maraqlıdır. Hiss edirsinizmi ki, koronavirus pandemiyası (COVID-19) ilə bağlı sizin hökumətinizə olan müəyyən diqqəti və təzyiqi azaltmaq, aradan qaldırmaq üçün hazırda sizə Dağlıq Qarabağda Azərbaycanla olan gərginliyi artırmaq faydalıdır? Çünki səmimi olsaq, sizin hökumətinizin pandemiya ilə mübarizəsinə baxsaq, bunu uğur adlandırmaq olmaz. Bu sizin hökumətiniz üçün fiasko idi".

1061
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Ermənistanda gözlənilməz istefalar
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
XİN: Ermənistanın mövqeyi danışıqlardan qaçmaq kimi qiymətləndirilməlidir
BMTM sədri: "Nikol Paşinyanın fikirləri bir-birinə ziddiyyət təşkil edir"
Paşinyan: "Bakı ilə danışıqların alternativi yoxdur"
Politoloq İlqar Vəlizadə

Politoloq: “Nazirlərin Türkiyə səfəri yeni prioritetlərin müəyyənləşməsinə imkan yaradıb”

4
(Yenilənib 10:15 14.08.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır
İlqar Vəlizadə: “Regionumuzda gərgin vəziyyət davam etməkdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan – Türkiyə münasibətləri bu günlərdə çox sürətlə inkişaf edir:

“İki ölkənin münasibətlərində tarixi yaxınlıq var. Eyni zamanda bizim mövqelərimiz bütün siyasi məsələlərdə üst-üstə düşür. Xarici İşlər və Müdafiə nazirlərimizin Türkiyəyə budəfəki səfəri yeni istiqamətlərin və prioritetlərin müəyyənləşməsinə imkan yaradıb. Hazırda regionumuzda gərgin vəziyyət davam etməkdədir. Bu əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Almaz Ələsgərli, arxiv şəkli

Əməkdar artist efirdə erməni mahnısı oxuyub

0
(Yenilənib 15:46 14.08.2020)
Müğənninin ifa etdiyi mahnı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onların böyük bir qismi müğənninin bu addımını tənqid edib

BAKI, 14 avqust — Sputnik. Əməkdar artist Almaz Ələsgərli erməni bəstəkarı Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın ifa etdiyi "Da zdravstvuet lyubov" adlı mahnını şoumen Emil Heydərovla birlikdə ifa ediblər. Müğənni sözügedən mahnını Atv, Xəzər kanallarında ifa edib.

Qeyd edək ki, müğənninin ifa etdiyi mahnı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Onların böyük bir qismi müğənninin bu addımını tənqid edib. Digər bir qismi isə "sənətin vətəni olmur", "onlar bizim mahnıları oğurlayıblar, bizimkilər də onların mahnısını ifa etsinlər" kimi fikirlər səsləndiriblər.

0
Əlaqədar
Azərbaycanlı Mokvada qazanc yolunu tapıb
Mən köynəkdə doğulmuşam: Roza Zərgərli COVID-19-u necə keçirdiyini bilməyib
Aygün erməni həmkarıyla qucaqlaşıb oxudu, dedilər, Qarabağ "qayıtdı" - VİDEO
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Azərbaycanlı qardaşlar Rusiya səhnəsinə qayıtdılar