Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş

XİN Vaşinqton görüşü barədə açıqlama yaydı

57
Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub

BAKI, 20 iyun – Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşınqton görüşünün nəticələri barədə açıqlama yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, açıqlamada bildirilir ki, Azərbaycan tərəfi, bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu ilin 20 iyun tarixində Vaşınqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir.

"Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir.

3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib.

Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər", - deyə məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub.

57
Antoniu Quterreş, arxiv şəkli

BMT Baş katibi Azərbaycan Ermənistana müraciət etdi  

0
(Yenilənib 09:36 14.07.2020)
Antonio Quterreş tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırıb

BAKI, 14 iyul – Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

“Baş katib hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır və iştirak edən tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırır”, - məlumatda belə deyilir.

0
Nursultan şəhəri

Qazaxıstan da sülhə çağırdı XİN Bakı Yerevana müraciət edib

19
(Yenilənib 23:21 13.07.2020)
"Münaqişənin BMT,ATƏT, MDB, AQEM kimi beynəlxalq təşkilatlar çərçivəsində dinc yolla həlli üçün hər cür yardım göstərməyə hazırıq", - deyə bəyanatda bildirilir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 iyul – Sputnik. Qazaxıstan Respublikası Azərbaycan-Ermənistan sərhədində insan tələfatı ilə nəticələnən silahlı insidentdən dərin narahatlıq ifadə edir. Bu barədə Sputnik Azərbaycan Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Bizə dost olan Azərbaycan Respublikası və Ermənistan Respublikasını təmkinli olmağa və mübahisəli məsələləri güc yolu ilə həll etməkdən çəkinməyə çağırırıq. Pandemiyanın fonunda və dünyada sosial-iqtisadi vəziyyətin pisləşdiyi bir vaxtda qarşıdurmanın dərinləşməsi nəticələri məlum olmayan mənfi nəticələrə gətirib çıxara bilər. İlk növbədə ikitərəfli formatda sülh və razılaşmanın teziliklə əldə ediləcəyinə ümid edirik. Münaqişənin BMT,ATƏT, MDB, AQEM kimi beynəlxalq təşkilatlar çərçivəsində dinc yolla həlli üçün hər cür yardım göstərməyə hazırıq", - deyə bəyanatda bildirilir.

19