SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyeva uşaq sığınacağında və Uşaq İncəsənət Məktəbində olub

© Official website of President of Azerbaijan RepublicAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci vitse-prezident görülən işlərlə tanış olub və tapşırıqlarını verib

BAKI, 13 iyun — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 13-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak edib.

© Official website of President of Azerbaijan RepublicBirinci vitse-prezident Mehriban Əliyeva Bakının Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni binasının açılışında iştirak edib
Mehriban Əliyeva uşaq sığınacağında və Uşaq İncəsənət Məktəbində olub - Sputnik Azərbaycan
Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni binasının açılışında iştirak edib

Sputnik Azərbaycan xəbər verir ki, “Ümid yeri” uşaq sığınacağının köhnə binası müasir tələblərə cavab vermədiyindən Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış olub. Müəssisənin rəhbəri Nigar Mənsimova “Ümid yeri” uşaq sığınacağının fəaliyyəti barədə Mehriban Əliyevaya məlumat verib.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva uşaq sığınacağının sakinləri ilə görüşərək onlarla söhbət edib. On yaşlı Ömər Musayev yeni binada yaradılan şəraitin onların ürəyincə olduğunu söyləyib. Deyib ki, burada təhsil almaq, asudə vaxtlarını maraqlı keçirmək üçün bütün imkanlar var. O, görülən işlərə görə sığınacaq sakinlərinin adından Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Uşaqların arzuları ilə maraqlanan Heydər Əliyev Fondunun prezidenti sığınacaq sakinlərinin yanına yenə də qonaq gələcəyini deyib. Mehriban Əliyeva qeyd edib ki, indi bütün lazımi şəraitlə təmin olunan uşaqların əsas vəzifəsi yaxşı oxumaqdır. Müəssisənin balaca sakinləri Birinci vitse-prezidentə musiqiyə, rəsm çəkməyə həvəs göstərdiklərini söyləyiblər, mahnı ifa ediblər.

© Official website of President of Azerbaijan RepublicBirinci vitse-prezident Mehriban Əliyeva Bakının Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni binasının açılışında iştirak edib
Mehriban Əliyeva uşaq sığınacağında və Uşaq İncəsənət Məktəbində olub - Sputnik Azərbaycan
Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni binasının açılışında iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva “Ümid yeri” uşaq sığınacağına fəaliyyətində uğurlar arzulayıb.

İyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə də tanış olub.

Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verib.

Bildirilib ki, bu təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirib və burada əlavə şöbələr açılıb.

© Official website of President of Azerbaijan RepublicAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub
Mehriban Əliyeva uşaq sığınacağında və Uşaq İncəsənət Məktəbində olub - Sputnik Azərbaycan
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub

Qeyd edilib ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbini bir çox məşhurlar bitirib. Azərbaycanın Xalq artistləri Arif Məlikov, Aqşin Əlizadə, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Kamil Cəlilov, Ağaverdi Paşayev və Azərbaycanın mədəniyyətinə böyük töhfələr vermiş bir çox sənətkarlar bu məktəbdə təhsil alıblar.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib.

Xəbər lenti
0