SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olundu

© Sputnik / Rashad Keremoglu"Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfrası
Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfrası - Sputnik Azərbaycan
Abunə olmaq
Platformada Azərbaycan, Almaniya və Türkiyə parlamentariləri təmsil olunur

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Platformada Azərbaycan, Almaniya və Türkiyə parlamentariləri təmsil olunur.

İmam Hüseyn məscidinin interyeri - Sputnik Azərbaycan
CƏMİYYƏT
“İslam qardaşlıq dinidir” mövzusunda konfrans olub

Platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün hər il iyun ayında Bakıda Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı keçiriləcək.

"Bu platformun yaradılması məsələlərin sülh yolu ilə həllinə yardım edəcək. Platformanın məqsədi regionda mövcud olan çağırışlar və problemlərin həllinə öz töhfəsini verməkdir". Bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın prezidenti Giorgi Tsereteli bildirib.

Tsereteli qeyd edib ki, ATƏT-in Parlament Assambleyası bir çox istiqamətlərdə - münaqişələrin qarşısının alınması və həlli, iqtisadi əməkdaşlıq, insan hüquqları sahəsində fəaliyyət göstərir.

O, vurğulayıb ki, qətnamələri qəbul etmək və Parlament Assambleyasında müzakirələr aparmaqla yanaşı ATƏT PA-nın əsas məqsədi milli parlamentlərlə - Almaniya Bundestaqı, Türkiyə Böyük Millət Məclisi və Azərbaycan Milli Məclisi ilə sıx şəkildə işləməkdir: "Gələcəkdə bu formatın genişlənəcəyinə ümid edirəm və daha çox ölkə sülhə, stabilliyə və əməkdaşlığa töhfə vermək məqsədilə platformaya qoşulacaq".

"İstəməzdim ki, bu barədə detalları açıqlayaq. Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının yaradılması zamanı bütün detalları, nüansları nəzərə aldıq".

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilir  - Sputnik Azərbaycan
Bakıda Azərbaycanın meqa layihəsi ilə bağlı konfrans keçirilir

Bunu isə Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının qurucuları arasında Gürcüstan parlamentarilərinin yer almamasına münasibət bildirən ATƏT Parlament Assambleyasının Vitse-prezidenti, millət vəkili, Bakı Parlament Platformasının koordinatoru Azay Quliyev deyib.

Millət vəkili qeyd edib ki, Bakı Parlament Platformasının Təşkilat Komitəsi olaraq hələlik Platformanın qurucularının 3 ölkə olması barədə qərara gəliblər: "Burada geosiyasi və regional məsələlər nəzərə alındı. Amma heç şübhəsiz ki, Gürcüstan bizə tərəfdaş və dost ölkədir. Yenə də şübhə etmirəm ki, Gürcüstan yaxın aylarda bu Platformaya qoşulacaq. Bizim Gürcüstanın Platformaya qoşulması ilə bağlı heç bir problemimiz yoxdur. Çox böyük maraqla Gürcüstanın bu Platformaya qoşulmasını gözləyirik ".

Xəbər lenti
0