Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi

Nüfuzlu jurnalda “Dağlıq Qarabağ münaqişəsilə bağlı məqalə dərc olunub

50
“The National İnterest” jurnalında “Dağlıq Qarabağ münaqişəsi Ermənistanı məhv edir” başlıqlı məqalə dərc edilib

BAKI, 10 iyun - Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovun dünyanın beynəlxalq münasibətlər üzrə tanınmış ən məşhur jurnallarından biri olan “The National İnterest”də “Dağlıq Qarabağ münaqişəsi Ermənistanı məhv edir” başlıqlı məqaləsi çap edilib.

Sputnik Azərbaycan xəbər verir ki, məqalə həmin məcmuədə mayın 14-də qondarma Dağlıq Qarabağ rejiminin xarici işlər nazirinin Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərməyə çalışan məqaləsinə cavab olaraq yazılıb.

Məqalədə göstərilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin çoxsaylı tarixi və hüquqi faktlarla Ermənistan tərəfindən süni bir qurum olduğu bir daha sübut edilir. Eyni zamanda məqalədə son zamanlar Ermənistan rəhbərliyinin Dağlıq Qarabağı münaqişənin müstəqil tərəfi kimi göstərməsi cəhdlərinin Sarkisyan-Koçaryan dövründəki münaqişəni uzatmaq və işğal faktının qanuniləşdirmək cəhdlərinin bir hissəsi olması göstərilir.

Məqalədə qeyd olunur ki, hazırkı Ermənistan rəhbərliyi və qanunvericiliyi hələ də Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də qeyri-qanuni şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qəbul etdiyi qərara istinad etməkdədi. Bu qərara daha sonra 1993-cü il avqustun 23-də qəbul edilən Müstəqillik haqqında Aktda və 1995-ci il Konstitusiyasında istinad edilib. Başqa sözlə, Ermənistan qanunvericiliyinə görə Dağlıq Qarabağ faktiki olaraq bu ölkəyə qeyri-qanuni şəkildə ilhaq edilib.

Məqalədə deyilir ki, Ermənistanın və ermənilərin ilkin və əsas niyyətləri iddia etdikləri kimi, Dağlıq Qarabağın müstəqilliyi olmamış onu Ermənistana birləşdirilməsi olub. Ermənistan torpaqların işğalı faktının onlar üçün sonrakı dövrlərdə beynəlxalq aləmdə problemlər yarada biləcəyinə görə beynəlxalq ictimaiyyət üçün Dağlıq Qarabağın müstəqilliyi məsələsini ortaya atmışdılar.

"Ermənistan, həqiqətən, Dağlıq Qarabağın müstəqilliyini iddia edirsə, ilk növbədə, özünün beynəlxalq hüquqa zidd bütün daxili hüquqi aktlarına yenidən baxmalı və dəyişməlidir. Ermənistan rəhbərliyi özünün bu siyasəti ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. İki əvvəlki lideri əslən Qarabağdan Ermənistanın beynəlxalq hüquqla tanınan sərhədlərindən kənarda olmuş, özlərinin siyasi karyeralarına Azərbaycana qarşı müharibədə başlamış şəxslərdir. Ermənistan Konstitusiyasına görə ölkənin prezidenti bu ölkənin vətəndaşı olmalı və ən azı 10 il bu ölkənin ərazisində yaşamalı idi. 1998-ci ildə əvvəl Dağlıq Qarabağ qondarma rejiminin prezidenti olmuş Robert Koçaryan formal olaraq bu tələblərə cavab vermirdi. Lakin o zaman Ermənistanın Kassasiya Məhkəməsi 1989-cu il dekabrın 1-də Ermənistan SSR-nin qəbul etdiyi qərara istinad edərək Dağlıq Qarabağı “hüquqi olaraq” Ermənistan ərazisi kimi tanımış və R.Koçaryanın qarşısında Ermənistan prezidenti olmaqla bağlı maneə qalmamışdı", - məqalədə bildirilir.

Məqalədə həmçinin 2003-cü ildə bir qrup müxalifətçinin Ermənistan məhkəməsində R.Koçaryanın pasportunun ləğv edilməsi və onun faktiki olaraq Azərbaycan vətəndaşı olması ilə bağlı iddiasının rədd edilməsi faktı da qeyd edilir. Bundan əlavə, məqalədə Ermənistanın Dağlıq Qarabağ ərazisində silahlı qüvvələrinin saxlaması, burada ölən əsgərlərin məhz Ermənistan Respublikasının ərazisindən olan hərbi çağrışçılar olması, eləcə də Ermənistan baş nazirinin oğlunun Dağlıq Qarabağ ərazisində hərbi xidmətdə olması faktlarının Azərbaycan torpaqlarının məhz Ermənistan tərəfindən işğal edilməsi faktını bir daha sübut etməsi faktını göstərir. Bu faktlarla məqalənin girişində müəllif ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona keçən ilin oktyabrında səfəri zamanı Ermənistanın baş naziri Paşinyana keçiriləcək seçkilərdən sonra yeni hakimiyyətin münaqişənin həlli ilə bağlı “qətiyyətli addımlar” atması üçün imkan yaranacağı fikrinə Paşinyanın kobud formada etiraz etməsi faktı diqqətə çatdırılır. Eyni zamanda ABŞ-ın Ermənistadakı keçmiş səfiri öz postunu tərk etməmişdən əvvəl mətbuat üçün müsahibəsində Ermənistandakı korrupsiyanın və iqtisadi çətinliklərinin, sadəcə, olaraq keçmiş hakimiyyətin pis daxili siyasətində deyil, məhz onun xarici siyasətinin yaratdığı münbit şəraitdən doğduğunu açıq şəkildə ifadə etməsi faktı oxucuların diqqətinə çatdırılır. Keçmiş səfirin də ölkənin hazırkı ağır vəziyyətdən çıxması üçün torpaqların işğaldan azad edilməsi tövsiyəsi və bu tövsiyəyə Ermənistan rəhbərliyinin etiraz etməsi faktı vurğulanır.

Məqalənin nəticə hissəsində qeyd olunur ki, Ermənistan münaqişəni həll etmədən istənilən formada ən yaxşı islahatları həyata keçirsə belə, onu bu vəziyyətdən nə erməni lobbisi, nə də başqa hansısa qüvvə xilas edə bilər.

50
Xəzər dənizindən Bakıya mənzərə, arxiv şəkli

Bölünə bilinməyən Xəzər - problem necə həll olunmalıdır?

29
(Yenilənib 13:19 12.08.2020)
Müəllifin uzun müddət ərzində üzərində işlədiyi bu kitabda region ölkələrinin siyasi, iqtisadi, hərbi, ekoloji problemlərindən bəhs edilir

BAKI, 12 avqust — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzinin rəhbəri, politoloq İlqar Vəlizadənin "Xəzərin geopolitikası" adlı kitabı işıq üzü görüb.

Müəllifin uzun müddət ərzində üzərində işlədiyi bu kitabda region ölkələrinin siyasi, iqtisadi, hərbi, ekoloji problemlərindən bəhs edilir. Kitabda dənizin siyasi-hüquqi aspektlərin tənzimlənməsinə, Xəzərin statusu ilə bağlı danışıqlara, problemli məsələlərin həlli yollarının axtarışlarına xüsusi yer ayrılıb.

"Xəzərin Geopolitikası" kitabları
"2018-ci ildə avqustun 12-də Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunmasına baxmayaraq, dənizin, daha doğrusu, onun cənub hissəsinin bölgüsünə dair danışıqlar hələ də davam edir. Son illər region nəinki mühüm enerji mərkəzlərindən birinə, eyni zamanda da vacib nəqliyyat qovşağına çevrilib. Bu da onun dünyada, xüsusilə də Avrasiya məkanında geosiyasi və geoiqtisadi çəkisini artırır. Kitabımda bu məsələlərə geniş yer verilib", - deyə Vəlizadə öz kitabından danışarkən bildirib.

Kitabda eyni zamanda regionun hərbi-siyasi problemlərinə də toxunulub. Xəzər hövzəsi ölkələrinin hərbi donanmaların quruculuğu və inkişafı strategiyaları, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq və s. kimi məsələlər təhlil olunub. Kitabın son fəslində Xəzərin ekoloji problemlərinə və onların həlli yollarına toxunulub. "Xəzər unikal ekosistemdir və bu ekosistemin qorunması dənizin sahilləri boyu yaşayan milyonlarla insanın gələcəyini təmin etmiş olur", - deyə Vəlizadə kitabının nə qədər önəmli bir mövzuya həsr olunduğunu anlatmağa çalışıb.

Kitaba ön sözü Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov yazıblar.

29
Əlaqədar
Tanınmış yazıçıdan mütaliə həvəskarlarına əvəzolunmaz hədiyyə
İtirilmiş nəslin nümayəndəsi - Ernest Heminquey
Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, arxiv şəkli

Türkiyənin Müdafiə naziri Baş Qərargah rəisi Azərbaycana gəlirlər

10
(Yenilənib 13:33 12.08.2020)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək

BAKI, 12 avqust — Sputnik. Bu gün Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlirlər.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

10
Əlaqədar
Türk ekspert Azərbaycan-Türkiyə təlimlərinin əsl məqsədini açıqladı
Ermənistan ordusu mövqelərimizi snayperlərlə atəşə tutub
Taktiki təlimlərin birinci mərhələsi davam edir - VİDEO
Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO
“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO
Distant təhsil, arxiv şəkli

Mis məftilin üstündə qurulan təhsildən "qızıl" gələcəyi necə gözləyək?

3
(Yenilənib 14:01 12.08.2020)
"Şagirdlərə və müəllimlərə ucuz və ya pulsuz internet təqdim edilməlidir. Türkiyədə olduğu kimi şagirdlərə müəyyən dərs proqramlarının yükləndiyi planşetlər, netbuklar ödənişsiz və ya cüzi kreditlə verilməlidir" - təhsil eksperti

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Bütün sahələr koronavirus pandemiyasından öz payını alsa da, etiraf etmək lazımdır ki, ən böyük zərər Azərbaycan təhsilinə dəydi.

Təhsil isə uşaqlarımızın gələcəyini təyin edəcək vasitədir. Martın 3-dən ölkədə bütün məktəblərdə təhsil dayandırıldı. Bunun əvəzində alternativ olaraq Təhsil Nazirliyi teledərsləri, virtual məktəbi yaratdı.

Yaratdı, amma bu alternativlərdən cəmiyyətin bütün sinifləri öz payını götürə bilmədi. Gəlin etiraf edək ki, ucqar kəndlərdə elektrik enerjisi və internet problemi hələ də var.

Bu bir kənara, uzaqdan təhsilə qoşulmaq üçün uşaqların telefon, planşet, kompüter kimi cihazlara ehtiyacı var ki, hər bir ailə bunu təmin edə bilmir.

Bəzi ailələrdə 2-3 uşaq məktəbdə təhsil alır. Və uşaqların eyni anda dərslərə qatılması, dərslərdə iştirak etməsi mümkün olmur.

Təhsil eksperti Qoşqar Məhərrəmovun Sputnik Azərbaycan-a dediyi kimi, bu zaman cəmiyyətdə siniflərarası uçurum dərinləcək. Əgər biz ölkədə distant təhsil vermək istəyiriksə, bunu bütün uşaqlar üçün əlçatan etmək lazımdır.

Bunun üçün isə birinci növbədə interneti əlçatan etmək lazımdır.

"UNESCO-nun statistikasına görə, pandemiya dövrü siniflər arası təhsil uçurumu meydana gətirib. Mövcud uçurumu daha da dərinləşdirib. Çünki distant təhsil daha çox varlı ailələrin övladlarına əlyetəndir. Kasıb ailələr, regionlarda və dağlıq ərazilərdə internetdən-işıqdan uzaq olan ərazilərdə yaşayan insanlar üçün distant təhsil əlyetən deyil. Yəni bu şagirdlərin onlayn təhsilə praktiki olaraq cəlb edilməsi mümkün deyil. Onların interneti ya yoxdur, ya da çox zəifdir", - deyə təhsil eksperti vurğulayır.

Onun sözlərinə görə, bəzi müəllimlərin İKT savadı da yetərli deyil. Bu müəllimlərin onlayn təhsil verməyə cəlb edilməsi də mümkünsüzdür.

"Mən hazırda regionlardayam, müəllimlərlə, şagirdlərlə danışıram. Biz nə qədər sosial mediada onlayn təhsil verən müəllimlərlə qarşılaşsaq da, acınacaqlısı budur ki, uşaqların əksəriyyəti distant təhsil keçməyib. Onların çoxu ya bu prosesə qoşula bilməyib, ya da qoşulma imkanları olmayıb. Yəni bu, müxtəlif amillərdən qaynaqlanıb", - deyən ekspertin fikrincə, əgər ölkədə distant təhsil davam edəcəksə, bunu məcburi hala gətirmək lazımdır.

Bunun üçün isə müəllimləri İKT savadı artırmağa cəlb etmək, televiziyada olan teledərslərin sayını artırmaq, həmin dərslərin sosial platformalara yüklənməsini artırmaq gərəkdir.

Ekspert bildirir ki, müəllimlərin virtiual məktəb platformasından istifadəsi də icbari hala gətirilməlidir: "Şagirdlərə və müəllimlərə ucuz və ya pulsuz internet təqdim edilməlidir. Türkiyədə olduğu kimi şagirdlərə müəyyən dərs proqramlarının yükləndiyi planşetlər, netbuklar ödənişsiz və ya cüzi kreditlə verilməlidir. Belə olarsa distant təhsili hamıya əlyetən etmək olar. Təhsildə sosial ədaləti ancaq belə bərqərar etmək olar".

Q.Məhərrəmov hesab edir ki, distant təhsil indiki vəziyyətdə sosial bərabərsizliyi ancaq dərinləşdirə bilər.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikrincə, nəzərdə tutulan təhsil formasının təminatı üçün öncə ölkə üzrə keyfiyyətli internet infrastrukturu olan ərazilər müəyyən olunmalıdır.

Belə ki, regionlarda keyfiyyətli internet təminatı üçün hökumət ciddi addımlar atmalı, bu məqsədlə dövlət proqramı hazırlanmalıdır. Bura investisiyalar ayrılmalıdır.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) dövlət və özəl provayderlərin şəbəkəsinin əhatə dairəsi, mobil operatorların 3G və 4G stansiyalarının əraziləri haqqında məlumatı Təhsil Nazirliyinə təqdim etməlidir. Daha sonra isə NRYTN qarşıdakı müddətdə təhsilin təşkili üçün zəruri olan keyfiyyətli infrastukturun inkişafı məqsədilə "DeltaTelekom" və "AzərTelecom" magistral provayderlərin ölkədaxili infrastrukturundan, özəl və dövlət provayderlərinin imkanlarından istifadə etməlidir, onlara münbit şərait yaratmalıdır. İmkan olan ərazilərdə bu provayderlərin xətti ilə internetə əlçatımlıq yaradılmalıdır", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, keyfiyyətli internetə əlçatım imkanı olan ərazilərdə distant texnologiyaların tətbiqində problemi olan müəllim və şagirdlər, tələbələr müəyyən olunmalıdır. Onların internetlə və kompüterlərlə təminatı üçün köməklik göstərilməlidir, internet paketləri təqdim olunmalıdır.

O.Gündüzün fikrincə, yalnız keyfiyyətli internet olmayan ərazilərdə teledərslərə və digər alternativlərə üstünlük verilə bilər.

Mütəxəssis əlavə edib ki, hazırda region interneti əsasən mis telefon məftili üzərində "oturan" ADSL internetidir. Bununla normal, keyfiyyətli və dayanıqlı təhsil və ya digər xidmət qurmaq mümkünsüzdür.

3
Teqlər:
planşet, internet, şagird, müəllim, orta təhsil, təhsil
Əlaqədar
Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır
Təhsillə bağlı qərar verməkdə çətinlik var
Fransalı tələbənin karantinli Bakı təcrübəsi: “Mütləq buraya ailəmlə qayıdacağam”
Təhsil Nazirliyinə 7 milyon manat vəsait ayrıldı - CƏDVƏL
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq