Касым-Жомарт Токаев

İlham Əliyev Qasım-Jomart Tokayev arasında telefon danışığı olub

18
(Yenilənib 17:17 10.06.2019)
İlham Əliyev Tokayevi təbrik edib

BAKI, 10 iyun - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib. 

Dövlət başçısı Qasım-Jomart Tokayevə prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

18