Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov

Rusiya səfiri: MDB çərçivəsində sıx əməkdaşlığa ehtiyac duyulur

31
(Yenilənib 16:53 10.06.2019)
Rusiya səfiri deyib ki, AİB-ə qoşulub-qoşulmamaq hər bir suveren dövlətin öz hüququdur

BAKI, 10 iyun — Sputnik. “Müstəqil Dövlətlər Birliyi öz zəruriliyini təsdiqləyib”.

Bunu Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bu gün Bakıda keçirdiyi mətbuat konfransında Sputnik Azərbaycan-ın əməkdaşının "strateji əlaqələrin yeni səviyyəyə yüksəlməsi fonunda Moskva ilə Bakı arasında inteqrasiyanın güclənməsi" barədə sualına cavabda deyib.

Чрезвычайный и полномочный посол Российской Федерации в Азербайджане Михаил Николаевич Бочарников
© Sputnik / Murad Orujov
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Bakıda keçirdiyi mətbuat konfransında

"MDB güclənir, öz dəyərini və zəruriliyini təsdiqləyib. MDB çərçivəsində daha sıx əməkdaşlığa ehtiyac duyulur. Və bunu dünyadakı iqtisadi vəziyyət, iqtisadi maraqları qorumaq üçün bir araya gəlmək məcburiyyəti diktə edir" – deyən səfir, bunun dünyada ölkələrin maraqlarının müdafiəsi ilə bağlı olduğunu vurğulayıb.

Rusiyalı diplomatın sözlərinə görə, MDB Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və hətta imkan daxilində qarşılıqlı ticarətin dəstəklənməsi üçün "inteqarsiya" sözündən istifadənin zəruriliyi qeyd olunub.

O əlavə edib ki, son bir ildə MDB ölkələri arasında ticarət dövriyyəsi 11,7% artıb.

"MDB çərçivəsində inteqrasiya mövcuddur" - Boçarnikov deyib.

Səfir vurğulayıb ki, həmçinin Rusiyanın üzv, Azərbaycanın isə dialoq üzrə tərəfdaşı olduğu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) da var. ŞƏT ən müxtəlif istiqamətlərdə öz fəaliyyətini aktivləşdirir. Diplomatın sözlərinə görə, bunlar siyasi dialoq, iqtisadi məsələlər və təhlükəsizliklə bağlıdır.

"Bizim fikrimizcə, həm dialoq üzrə müşahidəçi ölkələrin, həm də tərəfdaş ölkələrin bu təşkilatda öz iştirak dinamikasını artırmaq imkanı var. Yəni hətta bu statusla belə" - Boçarnikov əlavə edib.

Səfirin sözlərinə görə, ŞƏT-in bir sıra sənədləri var ki, onlar bu ölkələr üçün açıqdır. Əgər söhbət Rusiya və Azərbaycanın iştirakçılığını aktivləşdirməkdən gedirsə, ŞƏT-i bir universitet, təşkilatın energetika klubu da adlandırmaq olar.

Diplomat qeyd edib, hətta hazırda təşkilatın tamhüquqlu üzvləri olmayan, dialoq üzrə tərəfdaş ölkələr belə ŞƏT-in bir çox proqramlarında iştirak edə bilərlər.

"Burada əlbəttə ağla Avrasiya İqtisadi Birliyi gəlir. Qeyd etməliyəm ki, başda AİB olmaqla istənilən inteqrasiya birliklərində iştirak edib-etməmək hər bir dövlətin suveren hüququdur. Bu iştirakçılığı qəbul edib-etməmək hər bir dövlətin, eləcə də Azərbaycanın hüququdur" - deyə Boçarnikov bildirib.

"Mənə bəzən səfir kimi bu təşkilata hipotetik olaraq daxil olmağın Azərbaycana nə fayda verəcəyi barədə suallar ünvanlayırlar. Amma başqa ölkələrin əldə edəcəyi faydaları qiymətləndirmək səfirin işi deyil, hər bir suveren dövlət özü qiymətləndirməlidir ki, bu, onun üçün sərfəlidir, ya yox" - səfir əlavə edib.

Diplomat AİB-ə üzv olan digər dövlətlər haqqında isə deyib ki, təşkilata tam üzvlük onlara Birliyin vahid bazarına, kapital və əmək resurslarına çıxış, vahid bazar xidmətləri çərçivəsində formalaşmaq imkanı verir.

Boçarnikov qeyd edib ki, AİB-ə müşahidəçilik institutu kimi də baxılır. Odur ki, bu təşkilat heç kəs üçün qapalı deyil. Həddindən artıq çox ölkə bu birliklə maraqlanır. Bu təşkilatla qarşılıqlı əlaqələrin digər formaları da var.

"Vyetnamla azad ticarət zonası barədə müxtəlif sənədlər imzalanıb. Həmçinin bir sıra digər ölkələrlə də danışıqlar aparılır" - deyə Boçarnikov əlavə edib.

Diplomatın sözlərinə görə, hər hansı ölkə üzv olduğu təqdirdə, onun vətəndaşlarının AİB ərazisində, məsələn, əmək fəaliyyətləri ilə məşğul olmaq üçün icazə sənədlərini almasına ehtiyac yoxdur. O qeyd edib ki, 2017-ci ildə Rusiyada işləmək üçün 54 mindən çox Azərbaycan vətəndaşlarına patent verilib.

"Hər hansı bir inteqrasiya birliyinə qoşulub-qoşulmamaq barədə qərarlar suveren dövlət tərəfindən qəbul edilir" - deyə Boçarnikov fikrini yekunlaşdırıb.

31
Əlaqədar
Səfir: “Azərbaycan-Rusiya əlaqələrinin əsasında qarşılıqlı anlaşma dayanır”