SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik edib

© Official website of President of Azerbaijan RepublicSaatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti Kasım-Jomart Tokayevə uğurlar arzulayıb

BAKI, 10 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib - Sputnik Azərbaycan
SİYASƏT
Prezident beynəlxalq sərgi və konfransın açılışında

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli, mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Xəbər lenti
0