SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsipləri eyni qalıb”

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti hər gün bir hiylənin qarşısını aldıqlarını söyləyib

BAKI, 19 may - Sputnik. “Əgər bu gün beynəlxalq sahədə hücumlara, böhtan kampaniyalarına məruz qalırıqsa, bunun səbəbi bizim bu coğrafiyadakı millətimizin min illik tarixi üçün apardığımız mücadilədir”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman bayramının 100 iliyi münasibətilə Samsunda keçirilən təntənəli tədbirdə çıxışında bildirib.

Türkiyə prezidenti hər gün bir hiylənin qarşısını aldıqlarını söyləyib: "Gənclərimizin bu böyük oyunları görmələri məni çox sevindirir. Qurtuluş Savaşımızın baş komandanı, Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürkü hörmətlə yad edirəm. Atatürk 1 əsr öncə 19 mayda Samsuna Osmanlının ən bacarıqlı zabiti kimi ayaq basıb. Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsiplərinin eyni qalıb".

Xəbər lenti
0