SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-İran qarşıdurması: Milyonlarla qaçqın ölkəmizə girə bilərmi?

© AFP 2023 / BEHROUZ MEHRIДевушка в хиджабе проходит мимо фрески с изображением пистолета с американским флагом на стене бывшего посольства США в Тегеране
Девушка в хиджабе проходит мимо фрески с изображением пистолета с американским флагом на стене бывшего посольства США в Тегеране  - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu: "ABŞ-ın özbaşına qərar verib İranı vuracağı ehtimalını yüksək qiymətləndirmirəm"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. "Rusiyada yaxın vaxtlarda İrandan gələcək qaçqınlar üçün kazarmalar tikilməlidir. Lazımi tədbirləri hələ on il əvvəl görmək lazım idi, çünki İran ilə münaqişə Rusiyaya da təhdiddir". Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

"Bu, birbaşa bizim sərhədimizdədir. Milyonlarla qaçqın hər şeyi məhv edəcək. 10 ildə bir neçə milyon qaçqın üçün kazarma tikə bilərdik, bəs indi nə edəcəyik? Onlar Yerevan, Bakı, Tbilisini əzəcək, daha sonra Şimali Qafqaza gedəcək" – deyə Jirinovski iddia edib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a açıqlamasında Jirinovskinin fikirlərinə münasibət bildirib, ABŞ ilə İran arasında müharibə ehtimalını şərh edib.

© Sputnik / Murad OrujovПолитолог Эльхан Шахиноглу
ABŞ-İran qarşıdurması: Milyonlarla qaçqın ölkəmizə girə bilərmi? - Sputnik Azərbaycan
Политолог Эльхан Шахиноглу

E.Şahinoğlu bölgədə vəziyyətin gərgin olduğunu deyib: "Hətta ABŞ aviadaşıyıcı gəmisi Hörmüz boğazına, İran sahillərinə yaxınlaşıb. Amma müharibənin olacağına inanmıram, çünki bu, hamıya zərər verə bilər".

Politoloq bildirib ki, Jirinovski populist şəxsdir və o, hər zaman belə məsələləri ortaya atır: "Onun fikirlərini reallıq kimi qəbul etməyə dəyməz. O, bəzi fikirlərini reallıq kimi göstərməyə çalışır. Jirinovskinin fikirləri həqiqəti əks etdirmir".

"Biz də bilirik ki, müharibə olsa, bölgəyə ziyanlı təsirləri olacaq, humanitar böhranla üzləşə bilərik və bunu, əslində, heç kim istəmir. Jirinovski isə bunu elə deyir ki, sanki sabah hər şey bu yöndə davam edəcək. Amma bu, mümkün deyil" – politoloq qeyd edib. 

Tovuz Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
İran-Azərbaycan əlaqələrinə "töhfə" vermək istəyən şəxsə qarşı əməliyyat keçirilib

Onun sözlərinə görə, əgər ABŞ İranı vurmaq istəsə, Suriyadan çıxması vacib deyil, yəni ABŞ-ın kifayət qədər qüvvəsi var: "Amma bu məsələdə ehtiyatlı mövqe tutmaq lazımdır. Hesab edirəm ki, ABŞ hazırda bir az ehtiyatlı mövqeyə qayıdıb. ABŞ-ın özbaşına qərar verib İranı vuracağı ehtimalını yüksək qiymətləndirmirəm".

Politoloq qeyd edib ki, Azərbaycan bu məsələnin danışıqlar yolu ilə həll edilməsini istəyir: "Gərginlik bizim maraqlara cavab vermir. Rusiya ilə Türkiyə arasında təyyarənin vurulmasına görə gərginlik olanda bu da bizim maraqlara cavab vermirdi. Bu gərginliyi müəyyən qədər biz də öz üzərimizdə hiss edirdik. Nə yaxşı ki, Rusiya ilə Türkiyə arasında dialoq quruldu və gərginlik ortadan qalxdı. 2000-ci illərdə də ABŞ-ın İranı vuracağı məsələsi olanda bu gərginliyi biz üzərimizdə hiss edirdik. Amma bizdən asılı olmayan gərginlik varsa, bunun bizə də müəyyən mənfi təsirləri ola bilər. Ona görə də biz müharibə ehtimalının ortadan qaldırılmasını istəyirik".

Xəbər lenti
0